Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Ermənistan təxribata cəhd etsə, ağır itkilər verəcək - AÇIQLAMA

Ermənistan təxribata cəhd etsə, ağır itkilər verəcək - AÇIQLAMA

Tarix: 9-02-2023, 12:28

 

Ötən gün Ermənistanın Azərbaycana qarşı növbəti təxribat planlaşdırdığına dair məlumat yayıldı. Məlumata görə, təxribatın hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək.


Məsələ ilə bağlı "Unikal"a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistan və İranın istənilən təxribatına layiqli cavab verməyə hazırdır:


"Biz bunu son illərdə dəfələrlə sübut etmişik. Bizim cavabımız Ermənistan və onu dəstəkləyən digər qüvvələri ağrılı-acılı nəticələrə gətirib çıxarıb. 


Odur ki, Ermənistan tərəfinin Türkiyədə baş verən zəlzələ ilə bağlı fürsətdən istifadə edib Azərbaycana qarşı təxribat törətməsini istisna etmirəm. Bu təxribatlar Ermənistanda ötən ilin sentyabr ayında baş verənlərdən daha ağır nəticələrə səbəb olacaq. Düşmən tərəfi anlamalıdır ki, istənilən təxribat Ermənistan tərəfinin şəxsi heyət, texnika və ərazi itkiləri ilə müşaiyət olunacaq. 

Ermənistan təxribata cəhd etsə, ağır itkilər verəcək - AÇIQLAMA

Media-Fayl: Foto Şəkil Ədalət Verdiyev


İran İslam Respublikası olsa da, ilk dəfə deyil ki, Azərbaycana qarşı olan proseslərdə iştirak edir. Biz bunu Azərbaycanın müstəqillik əldə etdiyi 90-cı illərdən bugünə qədər müşahidə etməkdəyik. Birinci Qarabağ müharibəsində də, Vətən müharibəsində də Ermənistanın təchizatında İran mühüm rol oynayıb. Xüsusilə Vətən müharibəsində İran əlindən gələn köməyi Ermənistana edib. Qoşunlarımızın hərəkəti və yerdəyişməsi barəsində əldə etdiyi məlumatları, radiolokasiya vasitələrinin qeydə aldığı kadrları Ermənistan tərəfinə verən məhz İran rejimi olub.


Son günlərdə baş verən proseslər, həmçinin İranın səfirliyimzə qarşı törətdiyi terror aktları bu gün də fərqli formada davam etməkdədir. Burada bizi təəccübləndirəcək yeni detal yoxdur", - deyə o qeyd edib.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR