Son Xəbər: Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb, Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib, Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb, Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb,

"İnanın, həyatımın silləsini aldım" - Mahsun Kırmızıgül

"İnanın, həyatımın silləsini aldım" - Mahsun Kırmızıgül

Tarix: 10-02-2023, 11:15

Türkiyədəki güclü zəlzələdən sonra bir çox məşhurlar hadisə yerinə gedib və onlardan biri də müğənni Mahsun Kırmızıgül olub.

Mediabiz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  fəlakət bölgəsinə gedən sənətçi sosial media hesabında ardıcıl paylaşımlar edərək kömək istəyib: 

"Adıyamanda insanlar gecəni küçələrdə keçirir. Minlərlə insan yaxınlarından səs və ya xəbər gözləyir. Çox emosional səhnələr və filmlər çəkdiyimi düşünürdüm. Halbuki heç vaxt məni bu qədər sarsıdan, məhv edən faciə ilə rastlaşmamışdım. İnanın, həyatımın silləsini aldım. Zəlzələnin mərkəzində, xalqımızın nəzərində hələ də doğmalarının sağ qalması ehtimalı və ümidi var. Qaranlıqda bir çuxurdakı işıq kimidir. Sözün bitdiyi yerdəyəm. Amma hər şeyə baxmayaraq, ümidimizi itirməyəcəyik. Mən  fəlakət zonasındayam. Burda hamı çətinlik çəkir. Mən və komandam Kahramanmaraş və Adıyaman bölgəsində "DOST" ilə koordinasiyada işləyirik. Kömək edin. Ehtiyac siyahılarında olan materialları hazırlamaq və ya göndərmək istəyənlər mənimlə əlaqə saxlaya bilərlər" deyə paylaşımda qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR