Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Qucağında 10 günlük körpəsi ilə dağıntılar altında qalan ana DANIŞDI

Qucağında 10 günlük körpəsi ilə dağıntılar altında qalan ana DANIŞDI

Tarix: 13-02-2023, 14:19

 

Kahramanmaraşda bir-birinin ardınca baş verən və “əsrin fəlakəti” adlandırılan zəlzələlərdən sonra bölgədən kədərli xəbərlərlə yanaşı möcüzəvi heyakələrdə eşidirik. 

Axtarış-xilasetmə qrupları ümidlə işlərini davam etdirərkən, qucağında 10 günlük körpəsi ilə dağıntılar altında qalan Necla Camuz möcüzəvi qurtuluşunu İngiltərənin BBC telekanalına danışıb.

Belə  ki, Necla Camuz yanvarın 27-də dünyaya gələn ikinci oğluna Yağız adını verib. Cəmi 10 gün sonra, saat 04:17-də Necla Hataydakı evində uşağını əmizdirərkən oyaq olub. Bir neçə saniyə sonra onlar dağıntılar altında qalıblar.

"Zəlzələ başlayanda mən həyat yoldaşımın yanına getmək istədim, o da mənə tərəf gəlirdi. 3 yaşlı oğlum atası ilə birlikdə idi. Qarderob onların üstünə düşdü və hərəkət etmək mümkün olmadı. Zəlzələ gücləndikcə divar uçdu, otaq titrədi, bina yerindən tərpəndi. Mən qucağımdakı körpə ilə bir mərtəbə aşağı yıxıldığımızı hiss etdim.  Həyat yoldaşıma zəng vurdum, cavab verən olmadı". 

Bildirək ki, 33 yaşlı Necla və körpəsi təxminən dörd gün dağıntılar altında qalıb. Hazırda o ailəsi ilə birlikdə çadırda yaşayır. 





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR