Son Xəbər: Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT, Pulsuz ictimai nəqliyyat xidməti bu tarixdə başa çatır,

Qənirə Paşayeva türk dünyası qadınlarına çağırış edib - VİDEO

Qənirə Paşayeva türk dünyası qadınlarına çağırış edib - VİDEO

Tarix: 14-02-2023, 12:26



Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Türkiyənin Qazi Universitenin Türk Dünyası Uyğulama ve Araşdırma Mərkəzi tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə düzənlənən “Türk Dünyasında Alp Qadın” mövzulu Beynəlxalq simpoziumun açılış mərasimində çıxış edib.

Açılışa onlayn rejimdə qatılan Qənirə Paşayeva, qardaş ölkənin nüfuzlu universitetlərindən olan Qazi Universitetinin təşkilatçılığı ilə belə bir simpoziumun təşkilini təqdirəlayiq hadisə olaraq şərh edib, türk tarixində xüsusi rolu olan qadınlardan – Xurşudbanu Natəvandan, Nənə Xatundan, Şükriyyə xanımdan, Sürəyya Ağaoğlundan, şəhid xanımlarımızdan söz açıb, onları çağdaş Türk dünyası qızları üçün örnək adlandırıb, ürək sözlərini bölüşüb:

“Ermənistanın Azərbaycan torpaqlarını işğalı illərində, özəlliklə Xocalı Soyqırımında qız körpələrinin, gənc qızların, yaşlı qadınların timsalında insanlığa qəsd edilib. 44 günlük Vətən Müharibəsində Türkiyənin mənəvi, siyasi dəstəyi ilə qazanılan tarixi Zəfər şəhidlərimizin ruhunu şad etdi. Bizim qadınlarımız da, ümumən xalqımız bir daha sübut etdi ki, biz doğrudan da, “Bir millət, iki dövlətik”. Azərbaycan və Türkiyənin bütün vətəndaşları sübut etdi ki, beynəlxalq hüquq normalarının düşmənləri, mədəniyyətin, insanlığın düşmənləri bizim birliyimizin gücü ilə hesablaşmaq zorundadırlar. Artıq işğal dövrü, vandallıq imkanları arxada qaldı. Əziz simpozium iştirakçıları, deməliyəm ki, 44 günlük Vətən Müharibəsində oğlu şəhid olan analar, qardaşı şəhid olan bacılar, həyat yoldaşı şəhid olan gəlinlər tabuta çiyin verdilər, öz əzizlərinin şəhidliyi ilə qürur duydular, sınmadılar, əyilmədilər. Bu da bizim tariximizdən irəli gələn bir irsdir. Tarix boyu türk qadını həmişə öz həyat yoldaşının, qardaşının, atasının yanında olub, ona dayaq durub.
Bu coğrafiyada bizim razılığımız, iştirakımız olmadan heç bir böyük layihə gerçəkləşə bilməz. Deyə bilərəm ki, Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına sirayət etdi. Böyük Atatürk deyərdi, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Bu gün biz də, o düşüncədəyik ki, bütün türk dünyasında sevincimizi, kədərimizi bölüşməkçün aydın türk qadınlarının, qadın təşkilatlarının üzərinə böyük missiya düşür.

Böyük Hüseyn Cavid deyirdi,
“Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək”.

Bizim coğrafiyamızda güclü olmaq üçün bir olmamız lazımdır.

Böyük olmaqçün böyük düşünmək gərəkdir. Biz öz dəyərlərimizi, öz dövlətimizi sevirik, öz dəyərlərimizi, dövlətimizi sevmədən başqa dəyərləri, başqa mədəniyyətləri sevə bilmərik. Əlbəttə, rəsmi dövlət sınırlarımızla tarixi, mədəni coğrafiyamız, Vətən coğrafiyamız eyni deyil. Rəsmi sınırlarımız xaricindəki soydaşlarımızı, o yerlərdəki tarixi, mədəni abidələrimizi qorumaqçün qadınlarımızın təhsilli, savadlı, mübariz olması çox önəmlidir. Çünki gənc nəsilləri analar tərbiyə edəcək. Mən Qaspiralının “Dildə, fikirdə, işdə birlik” sözünü xatırlatmaq istərdim. Demək istərdim ki, savadlı qadın, savadlı övladlar, savadlı nəsillərsə yetkin cəmiyyət deməkdir. Yetkin cəmiyyət olan yerdə qadına şiddət olmur. Biz bütün zamanlarda, hər yerdə qadına şiddətə yox demişik. Bu, ilk növbədə, bizim mədəniyyətimizdən irəli gəlir”.

Komitə sədri simpozium təşkilatçılarına təkrar təşəkkür edib, onları Azərbaycana, işğaldan azad edilmiş ərazilərə səfərə dəvət edib.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR