Son Xəbər: C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq,

Pakistanın baş naziri Türkiyənin zəlzələdən zərər çəkmiş bölgəsinə gedir

Pakistanın baş naziri Türkiyənin zəlzələdən zərər çəkmiş bölgəsinə gedir

Tarix: 16-02-2023, 10:53

Pakistanın Baş naziri Şahbaz Şərif bu gün Türkiyəyə iki günlük səfərə yollanacaq.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Şahbaz Şərifin səfəri 6 fevral 2023-cü ildə baş verən zəlzələdən zərər çəkmiş türk xalqı ilə həmrəy olduğunu nümayiş etdirməkdir.

“Baş nazir Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Daha sonra Türkiyənin cənubunda təbii fəlakətdən zərər çəkmiş rayonlara səfər edəcək və ərazidə fəaliyyət göstərən Pakistan axtarış-xilasetmə qrupları, eləcə də zəlzələdən sağ çıxanlarla təmasda olacaq. Pakistan və Türkiyəni dərin qardaşlıq bağları birləşdirir”,  - Pakistan XİN-in yaydığı məlumatda qeyd olunur.

Mənbə: TASS




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR