Son Xəbər: Smartfonlarla bağlı QORXULU AÇIQLAMA: "Sağlamlığa daha çox zərər vuracaq", Gürcüstan DİN etirazçılara xəbərdarlıq etdi, Təşəbbüs Qrupu Fransanın zorakılığı ilə bağlı bəyanat yaydı, Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini imiş - Foto, Xarici vətəndaşların Rusiyada qalmasına nəzarət gücləndirilir, Gürcüstan parlamentində qırmızı təhlükəsizlik səviyyəsi tətbiq edilib, Ermənistanla İran Araz çayı üzərində ikinci körpünü tikəcək, ARAŞDIRMA: Pişik və it sevən insanların psixoloji FƏRQLƏRİ, Ermənistan və İran Araz çayı üzərində ikinci körpünün inşası üzrə işçi qrup yaradacaq, Şoyqu, Patruşev, Belousov ÜÇBUCAĞI – Kremldəki vəzifə dəyişikliklərinin PƏRDƏARXASI,

Laçın yolundakı aksiyanın 68-ci GÜNÜ

Laçın yolundakı aksiyanın 68-ci GÜNÜ

Tarix: 17-02-2023, 09:00

 Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası altımış səkkiz gündür davam edir.

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR