Son Xəbər:
Tarix: 21-02-2023, 07:49
Bu gün həm Balıq bürcündə yeni Ay müşahidə olunub, həm də Venera planeti Qoç bürcünə keçib. Bütün bunlar isə bürclərə təsirsiz ötüşməyəcək.
Veneranın Qoç bürcünə keçməsi ümumilikdə eşq və münasibətlərdə eqonun ön plana çıxacağına işarə edir. Qoç Marsın idarə etdiyi od elementinə mənsub bürc olduğundan aqressiyanı artıra bilər. Bu günlərdə insanlara qarşı səbirli olmaq çox daha çətinləşəcək. Çalışın bu dövrdə enerjinizi dava və mübahisələrə sərf etməyəsiniz.
Münasibətlərdən əlavə, düşüncəsiz alış-veriş də sizə zərər verə bilər. Balıq bürcündə yeni Ayın yüksəlməsini də nəzərə alsaq, ruhi sağlamlığınızı yaxşılaşdırmaq üçün emosional xərcləmələrə meylli olacaqsınız.
Venera 17 marta qədər Qoç bürcündə olmağa davam edəcək. Bəs bu, bürclərə necə təsir edəcək?
Qoç
Əziz Qoçlar, bürcünüzdə olan Venera sizə bu dövrdə sevgi gətirə bilər. Yeni flirtlər və həyəcanlar yaşaya bilərsiniz. Bununla belə, yüksək enerjiniz səbəbindən xəyal qırıqlığına da açıqsınız. Gərgin enerji altında olacağınız üçün mübahisələrdən yayınmağınız çətin olacaq. Keçmişdə münasibət yaşadığınız şəxslərdən yenidən sizinlə əlaqəyə cəhd etmək istəyənlər olacaq. Bu insanlara qarşı eqo savaşına girməmək faydalı olar.
Buğa
Yaradıcılığınızın yüksək olacağı bir dövrdür. Bədii işlər və hobbilərlə məşğul ola bilərsiniz. Hətta bu məşğuliyyətlər sizə pul da qazandıra bilər. Ruhani məsələlərlə maraqlanacaqsınız. Bu dövrdə meditasiya etmək sizə yaxşı təsir göstərər.
Əkizlər
Marsın da bürcünüzdə olduğunu nəzərə alaraq, tələsik qərarlar verməkdən çəkinməlisiniz. Qəfil dəyişikliklərə və yeniliklərə açıqsınız. Bu isə bəzi məyusluqlar da gətirə bilər. Qəzalar və ehtiyatsızlıqla üzləşməyiniz ehtimalı var.
Xərçəng
Veneranın Qoça keçidi eşq həyatınızda dominant bir insanla qarşılaşa biləcəyinizi göstərir. Həyat yoldaşınız və ya tərəfdaşınızla münasibət qurmaq daha çətin ola bilər. Dostlarınızla fikir ayrılıqları yaşayacaqsınız, gizli düşmənləriniz üzə çıxacaq.
Şir
Venera sevgi münasibətlərində sizin üçün xeyirli olacaq, ancaq yüksək gərginlikli məsələlərdən uzaq durun. Eşq həyatınız aktivləşəcək. İşgüzar məsələlərdə dəstək hiss edəcəksiniz.
Qız bürcü
İşlərinizdə əngəllərlə üzləşəcəksiniz. Daha ehtiyatlı davranmağa çalışarkən səbirsizlik göstərə bilərsiniz. Gündəlik işlərinizdə və şəxsi həyatınızda sizi qəzəbləndirəcək nüanslarla qarşılaşacaqsınız.
Tərəzi
Venera sizə ancaq yaxşılıq gətirəcək. Eşq həyatınızda sizi xoşbəxt edən anlar yaşanacaq. Özünüzü həmişəkindən daha gümrah hiss edəcəksiniz. Qazanc baxımından da şanslı günlərdən keçəcəksiniz.
Əqrəb
Venera Qoç bürcündə olarkən özünüzü narahat və bədbəxt hiss edə bilərsiniz. Hər kəsin pis niyyətli olduğunu və sizə zərər verməyə çalışdığını düşünmək ehtimalınız böyükdür. Yaxşı niyyətli hesab etdiyiniz insanlar sizdə məyusluq yaradacaqlar. Ancaq qazanc və iş baxımından yaxşı şanlar qazanacaqsınız.
Oxatan
Həm şəxsi həyatınızla, həm də karyeranızla bağlı məsələlərdə işlərin sürətlənməyi sizi sevindirəcək. Ancaq unutmayın ki, siz laqeydliyə və qəlbqırmağa meyillisiniz. Həyatınızdakı gözəl insanlar mənəvi baxımdan sizi tətmin edəcəklər. Maraqlı məlumatlar eşidəcək, işinizə yarayacaq ipucları əldə edəcəksiniz.
Oğlaq
Veneranın Qoçda hərəkəti zamanı şəxsi həyatınızda əhəmiyyətli dəyişikliklər baş verə bilər. Qəfil və gözlənilməz hadisələr nəticəsində həyata baxışınız dəyişəcək.
Dolça
Qazanclarınız artacaq. Sizdə yeni, funksional hobbilərə maraq yaranacaq. Diqqət mərkəzində olacağınız məqamlar yetişəcək, populyarlıq qazanacaqsınız.
Balıqlar
Özünüzü olduqca tənha hiss edəcəksiniz. Özünüzə qapanmaqdan narahat olmayın. Ruhən dincəlib sağalmaq üçün bu yaxşı bir üsul ola bilər. Bir müddət əlinizi-ətəyinizi hər şeydən çəkib sevdiyiniz məşğulliyyətlərə vaxt ayıra, musiqi, film və kitab aləmində özünüzü unuda bilərsiniz.