Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Putin müharibəyə qarşı çıxanları hədələdi: Milli xəyanət…

Putin müharibəyə qarşı çıxanları hədələdi: Milli xəyanət…

Tarix: 21-02-2023, 14:08

 

Rusiya prezidenti Vladimir Putin Federal Məclisə illik mesajlarını elan etməyə başlayıb.

Rusiyanın dövlət başçısı paytaxtın “Qostini Dvor” sarayında ölkədəki vəziyyətin qiymətləndirilməsini və gələcək üçün əsas vəzifələrə baxışını ortaya qoyur.

Putin "cəsarət və qətiyyətə görə" bütün Rusiya xalqına təşəkkür edib. Rusiya prezidenti həmçinin "qəhrəmanlıqlarına görə" həm hərbi, həm də qeyri-hərbi sahədə olan bütün iştirakçılara təşəkkür edib və bütün bölmələri sadalaya bilmədiyi üçün üzr istəyib.

O, həlak olan hərbçilərin və mülki şəxslərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Putin çoxdan gözlənilən sülhün qayıtması və insanların təhlükəsizliyinin təmin edilməsi üçün hər şeyi edəcəyinə söz verib.

"Milli xəyanət yoluna qədəm qoyanlar qanun qarşısında cavab verəcəklər, amma cadugər ovu olmayacaq. Krım bütün Rusiya ilə etibarlı quru əlaqəsi əldə edib. Əməliyyatların hər bir iştirakçısının ailəsi daim diqqət mərkəzində olmalı, qayğı və şərəflə əhatə olunmalıdır", - deyə o söyləyib.

Mənbə TASS





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR