Son Xəbər: Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb, Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib, Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb, Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb,

Aqil Abbas nazirliyi tənqid etdi: "Məsələni parlamentin iclasında müzakirə edəcəyik"

Aqil Abbas nazirliyi tənqid etdi: "Məsələni parlamentin iclasında müzakirə edəcəyik"

Tarix: 22-02-2023, 20:26

 

"Xalq artisti Ramiz Novruzla vida mərasiminin keçirilməməsi və cəmiyyətdə yaranan narazılıqla bağlı məsələ Milli Məclisdə müzakirəyə çıxarılacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, deputat Aqil Abbas deyib. Deputatın sözlərinə görə, müzakirədən sonra Qənirə Paşayeva Mədəniyyət Nazirliyinə məktub ünvanlayacaq:

"Qənirə xanımla bu məsələni komitənin iclasında qaldıracağıq. Dünyasını dəyişən sənətkarlar ən azı "Aktyorlar evi”ndən götürülməlidir. O ki qaldı aktyorun harada dəfn olunması, bu mərhumun ailəsi ilə Mədəniyyət Nazirliyi arasında həll olunacaq məsələdir”.

Aqil Abbas hesab edir ki, mərhum Ramiz Novruzu İkinci Fəxri Xiyabanda dəfn olunacaq aktyor idi: "Onu orada dəfn etmək olardı. Mədəniyyət nazirini təzə qoyublar, heç olmasa nazirliyin nümayəndəsi Ramiz Novruzla vida mərasiminə qatılmalı idi. Onlar dəfndə iştirak etməyə borclu idilər”.

Mədəniyyət Nazirliyinin əməkdaşlarının vida mərasimində iştirak etdikləri ilə bağlı açıqlamalara gəlincə, Aqil Abbas deyir ki, vaxtında həllini tapmayan məsələ sonra narazılığa səbəb olur: "Nə vaxt gəliblər? Dəfn edilib qayıdandan sonra? Vaxtında gəlmək lazımdır ki, söz-söhbət olmasın. Mədəniyyət naziri təzədir, güman edirəm olanlarla maraqlanacaq”.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR