Son Xəbər: Putini Qazaxıstanda belə qarşıladılar - Video, Zaxarova Ermənistanın KTMT-dəki rolundan danışıb, Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi, İlham Əliyev Fərman imzaladı, Daha bir rektor işdən çıxarıldı, Prezident onu rektor təyin etdi - Sərəncam, Siyavuş Kərimi vəzifəsindən azad olundu, “Bizim İsrailə budəfəki cavabımız çox fərqli olacaq” - İranlı general, Rəsmi Bakı İsraillə Livan arasında atəşkəsi ALQIŞLAYIR, Milli Məclisə yeni avtomobillər ALINIB,

"Dövlət qurumları, məmurlar qiymətlərə qarışmamalıdır" - Millət vəkili

"Dövlət qurumları, məmurlar qiymətlərə qarışmamalıdır" - Millət vəkili

Tarix: 23-02-2023, 22:11

 
"Bu Kənd Təsərrüfatı Nazirliyinin və dövlətin siyasətidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev fevralın 25-26-da Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçiriləcək "Kənddən şəhərə” yarmarkaları ilə bağlı danışarkən deyib. Deputat yarmarkaların sayının çoxalmasını və çeşidlərin sayının çox olmasını vurğulayıb:

"Mən bununla bağlı ilyarım əvvəl çox ciddi məşğul oldum, fermerləri bir araya topladım və Lənkəranda görüşlər keçirdim. Görüşdə həmin fermerlər kənd təsərrüfatı məhsullarını satışa çıxara bilməmələrini, əziyyət çəkdiklərini bildirdilər. Ondan sonra Kənd Təsərrüfatı Nazirliyində bu işə məsul qurumla danışdım. Məlum oldu ki, yarmarkaralrda fermerlərə bütün şərait yaradılır. Bundan əlavə yarmarka fermerlər üçün pulsuzdur. Məndə olan məlumata görə, orada fermerlərlə bağlı heç bir xərcdən söhbət gedə bilməz. Sadəcə olaraq məhsullarını yarmarkaya çatdırıb, rahat satışını həyata keçirsinlər”.
"Dövlət qurumları, məmurlar qiymətlərə qarışmamalıdır" - Millət vəkili
"Dövlət qurumları, məmurlar qiymətlərə qarışmamalıdır" - Millət vəkili
Deputat belə tədbirləri alqışladığını və dəstəklədiyini vurğulayıb. Rüfət Quliyev qiymət məsələsindən də danışıb:

"Yarmarkanı təşkil edənlər şərt qoyub bildirir ki, məhsulu orta bazar qiymətindən aşağı satmalısınız. Nə qədər bolluq olsa, təklif nə qədər çox olsa, tələbi üstələsə, qiymətlər aşağı enəcək. Bu işlək qanundur. Mən bunu istər iqtisadçı alim, istər vətəndaş, istərsə də təcrübəli bir insan kimi görüb, müşahidə eləmişəm. Birmənalı olaraq həmişə dölət qurumlarının, məmurların bu işə qarışması, istər iaşə obyektlərində, istər kafe və restoranlarında, istər çayxanada, istər otel və hostellərdə qiymətə qarışmasının əleyhinəyəm. Qiymət rəqabət əsasında, tələb-təklif qanunu ilə qurulur və qurulmalıdır".

Rüfət Quliyev bazar iqtisadiyyatını həyata keçirib, inkişaf etdirməyin vacibliyini qeyd edib:

"Keyfiyyətə nəzarət olmalıdır. İnsanları çəkidə aldatmaq olmaz, tərəzi düzgün olmalıdır. Orada xüsusi tərəzilər olmalıdır, insanlar aldıqları məhsulları həmin tərəzidə çəkməli və çəkinin düzgünlüyünə əmin olmalıdır. Bundan əlavə yarmarkalarla bağlı sosial təbliğat və təşviqat daha güclü aparılmalıdır, fermerləri yarmarkalara cəlb eləmək lazımdır. İstehlakçılar da bilməlidir ki, yarmarkalar şəhərin hansı yerlərində fəaliyyət göstərəcək. Bir də yarmarkaların keyfiyyətinə nəzarət etmək lazımdır. Çıxış yolu budur”.

Qeyd edək ki, 25-26 fevral tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən paytaxtda "Kənddən şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR