Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıldı

Ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıldı

Tarix: 25-02-2023, 10:44

 
Bakıda ötən gün 1 nəfərin ölümü, 7 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

2002-ci il təvəllüdlü Yusifli Yusif Əliağa oğlu idarə etdiyi “Lada Granta” markalı avtomobil ilə onunla eyni istiqamətdə hərəkətdə olan 1988-ci il təvəllüdlü Kainbəyov Tağıbəy Məhəmmədbəyoviçin idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil ilə toqquşub.

Daha sonra “Lada Granta” idarəetməni itirib yolayrıcı səddini keçərək əks istiqamətdə hərəkətdə olan 1978-ci il təvəllüdlü Əliyev Mürsəl İsmayıl oğlunun idarə etdiyi “Chevrolet Cruze”, 1956-cı il təvəllüdlü Atakişiyev Nəsib Qurban oğlunun idarə etdiyi “Mercedes” və 2001-ci il təvəllüdlü Quliyev Orxan Etibar oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobillərlə toqquşub.

Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Lada Granta” markalı avtomobilin sürücüsü Yusifli Yusif Əliağa oğlu hadisə yerində ölüb, onun sərnişinləri 2002-ci il təvəllüdlü Əlizadə Nicat Ramiz oğlu, 2002-ci il təvəllüdlü Aslanov Qismət Eyyub oğlu, “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü Əliyev Mürsəl İsmayıl oğlu və sərnişini 1981-ci il təvəllüdlü Məmmədova Ofelya İsmayıl qızı, “Toyota Prius” markalı avtomobilin sürücüsü Quliyev Orxan Etibar oğlu və sərnişini 1966-cı il təvəllüdlü Məmmədova Yeksarə Kamil qızı, “Mercedes” markalı avtomobilin sürücüsü Atakişiyev Nəsib Qurban oğlu aldıqları xəsarətlər ilə əlaqədar “Sabunçu Tibb Mərkəzi”-nə yerləşdirilib.

Faktla bağlı Nərimanov rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR