Son Xəbər: Baş katib Putinə xəbərdarlıq edib: NATO ərazisinin hər qarışını qoruyacağıq, Prezident Bakıda açılışda - Fotolar, Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş rəsmisi ilə görüşüb, Misirin yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib, Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib, Nepal Prezidenti istefa verib - YENİLƏNİB, Daxili qoşunlara bu şəxsləri saxlamaq hüququ verilir, Daxili qoşunların vəzifə və hüquqları müəyyənləşir, Rusiya hökumətinin nümayəndə heyəti Dəməşqdədir, Lu Mey: "Azərbaycan–Çin əməkdaşlığı tarixi zirvəyə çatıb",

Sosioloq: “Qızları abortla məhv edən həkim və valideynlər məsuliyyətə cəlb olunsunlar”

Sosioloq: “Qızları abortla məhv edən həkim və valideynlər məsuliyyətə cəlb olunsunlar”

Tarix: 25-02-2023, 18:28

Sosioloq: “Qızları abortla məhv edən həkim və valideynlər məsuliyyətə cəlb olunsunlar”

Azərbaycanda yeni doğulan uşaqlar arasında oğlanların payı çoxluq təşkil edib. İllər əvvəlki vəziyyət dəyişir və qızların sayı azalmaqda davam edib. Bu isə cəmiyyətdə kəskin sosial problemlərin carçısıdır. Müşahidələr və statistik göstəricilər göstərib ki, son onilliklərdə Azərbaycanda yeni doğulanlar arasında cinsi nisbətin disbalansı baş verib. Bu isə həqiqətən də ciddi problemdir. 

Bəs demoqrafik bəlanın qarşısını necə alaq?

Mövzu ilə bağlı Bizim.media-ya danışan sosioloq Ağasəlim Həsənovun fikrincə, sosial bəlaya qarşı ən effektiv mübarizə metodu maarifləndirmədir. Sosioloq ailələrdə qız uşaqlarına münasibətin dəyişməsi üçün sosial çarxların, kütləvi tədbirlərin köməyi ilə ciddi maarifləndirmə işləri aparmağın vacibliyini qeyd edib:

“Qız və oğlan övladlarının balansı istənilən halda qorunmalıdır. Təcrübə göstərir ki, normal qəbul ediləcək nisbət 49 faizin 51 faizədir. Statistik göstəricilər bu şəkildə olarsa, biz bunu normal hesab edə bilərik. Təəssüf ki, Azərbaycanda son illər yeni doğulanlar arasında cinsi nisbət oğlanların xeyrinə davam etməkdədir.

Bunun təbii bir proses olduğunu şübhə ilə qarşılayıram. Əlbəttə ki, bu məsələdə subyektiv amillərin təsirlərinin rolu var. İlk səbəb ailədə ənənəvi olan baxışların hələ də hakim olmasıdır.

Yəni mütləq şəkildə oğlan uşağının doğulması bir şərt kimi qəbul olunur. Valideynlər bu istəklərinə çatmaq üçün müasir texnoloji yeniliklərin imkanlarından istifadə edərək ana bətnindəki dölün cinsiyyətinə kənar müdaxilələr edirlər. Doğulacaq körpə qızdırsa, aborta gedilir. Bu da həm tibbi, hə də dini baxımdan zərərlidir. Beləliklə, normal gediləcək proseslərin qarşısı alınır. Məlum subyektiv təsirlər nəticəsində disbalans reallıq ortaya çıxır”. 

Ağasəlim Həsənovun sözlərinə görə, reallıq odur ki, Azərbaycan ailələrində cütlük oğlan övladının doğulmasını bir ailənin və nəslin davamçısı kimi qəbul edirlər:

“Məhz bu düşüncə hər bir ailədə oğlan övladının olmasını zəruri şərt kimi ortaya qoyur. Fikrimcə, bu baxış yanlışdır və bu istiqamətdə Azərbaycan gənclərinə aşılayacaq xeyli işlər həyata keçməlidir. Dövlət və cəmiyyət olaraq birmənalı şəkildə buna qarşı olmalıyıq. XXI əsrdə belə bir düşüncənin dominant olmasından narahat olmalıyıq və ona qarşı mübarizə aparmalıyıq”.

Sosioloq mübarizə yollarından biri kimi inzibati cəza növünün tətbiq edilməsini də təklif edib:

“Abortla qızın məhv edilməsi faktı olarsa, bu məsələyə qarşı nəzarət gücləndirilməlidir. Abortu həyata keçirən həkimə və qərarı vermiş cütlüyə qarşı qanunda nəzərdə tutulmuş cəza tədbirləri sərtləşdirilməldir. Ona da əmin deyiləm ki, inzibati yollarla aparacağımız sərt mübarizə mövcud problemi tam həll edə bilər. Amma sayının azalmasına və tendensiyanın zəifləməsinə, tədricən isə müsbətə doğru irəliləməsinə şərait yarada bilər. Ən təsirli və mübarizə metodu məhz maarifləndirmədir. Xüsusilə gənc ailələrlə geniş iş aparılmalıdır.

Maarifləndirmə işinə dini, mənəvi və tibbi aspektdən yanaşmaq lazımdır. Bu sahə ilə məşğul olan mütəxəssislər işə cəlb olunmalıdırlar. Universitet auditoriyalarında, layihələr çərçivəsində bu işə təkan verməliyik. Həm də gender bərabərliyi qabardılmalıdır. Məsələyə sosial aspektdən yanaşsaq, ən yüksək işlərdə, vəzifələrdə nümunə çəkə biləcəyimiz xanımlarımız var.

Qadına münasibət dəyişməlidir. Onların da hansısa işlərdə heç də kişilərdən geri qalmaması önə çəkilməlidir. Təkcə onu unutmaq lazım deyil ki, ötən əsrin 20-ci illərində qadına seçmək və seçilmək hüququ verən xalqıq. Azərbaycanda Cümhuriyyət dövründə bu imkanlar yaradılanda bu, əslində qadına verilən ən yüksək dəyər idi.  Bu kimi tariximizdə olan müsbət örnəklərdən çıxış edərək, gənclərimizlə iş aparmalıyıq”.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR