Son Xəbər: Putini Qazaxıstanda belə qarşıladılar - Video, Zaxarova Ermənistanın KTMT-dəki rolundan danışıb, Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi, İlham Əliyev Fərman imzaladı, Daha bir rektor işdən çıxarıldı, Prezident onu rektor təyin etdi - Sərəncam, Siyavuş Kərimi vəzifəsindən azad olundu, “Bizim İsrailə budəfəki cavabımız çox fərqli olacaq” - İranlı general, Rəsmi Bakı İsraillə Livan arasında atəşkəsi ALQIŞLAYIR, Milli Məclisə yeni avtomobillər ALINIB,

Eldəniz Hacıyev:ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİ QÜRURLA ANIRIQ

Eldəniz Hacıyev:ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİ QÜRURLA ANIRIQ

Tarix: 24-02-2023, 13:37

2023-cü il “Heydər Əliyev İli”dir

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.

Ümummilli Lider Heydər Əliyev dühası ilə ölkəmizdə məhkəmə, ədliyyə və digər hüquq mühafizə fəaliyyəti yenidən qurularaq,bu sahədə islahatlar ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dərinləşdirilərək müasir çağırışlara uyğun ardıcıl tədbirlər həyata keçirilməkdədir. Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü tədbirlər, ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə qəbul olunan mühüm qərarlar və əldə olunan nailiyyətlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin güclü siyasi iradəsi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların mühüm tərkib hissəsi olmaqla, dövlət başçısının ədliyyə və məhkəmə fəaliyyətinə göstərdiyi xüsusi diqqət və qayğının real təzahürüdür.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin müasirləşdirilməsi çərçivəsində ədliyyənin bütün sahələrində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Belə ki, “Elektron hökumət” sisteminin fəal iştirakçısı olan Ədliyyə Nazirliyi tərəfindən vətəndaşlara 40-a yaxın müxtəlif elektron xidmətlər göstərilir ki, son illərdə bu xidmətlərdən istifadə edənlərin sayı 15 milyon nəfəri ötüb.

Bundan başqa, Azərbaycanın məhsulu olan 400.000-ə yaxın istifadəçisi olan “Mobil notariat” tətbiqi işlənərək hazırlanıb. Bu proqramı telefona yükləməklə vətəndaşın elektron notariat kabineti yaradılır və notariat fəaliyyəti ilə bağlı bütün məlumatlar tətbiqə yüklənir. Onun köməyi ilə istifadəçilər notariat ofisinə getmədən videoəlaqə vasitəsilə , o cümlədən xaricdən müxtəlif növ notariat hərəkətlərini rəsmiləşdirmək imkanına malikdirlər.

Son illər istifadəyə verilmiş və vətəndaş məmnunluğu doğuran “Mobil notariat”, “Mobil məhkəmə” tətbiqləri ədliyyə və məhkəmə fəaliyyətinə əlçatanlığı təmin edir, onların vasitəsilə aidiyyəti əməliyyatlar məsafədən daha asan, rahat və çevik həyata keçirilir.

Bu sahədə tədbirlərin davamı olaraq əhalinin normativ aktlar barədə məlumatlandırılması, onların mətni ilə rahatlıqla tanış olması, hüquqi biliklərinin artırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən on minlərlə normativ sənədi ehtiva edən milli qanunvericiliyin “Hüquqi aktların vahid elektron bazası” (www.e-qanun.az) aparılır, interaktiv rejimdə fəaliyyət göstərərək daim yenilənir, il ərzində bəhrələnənlərin sayı yüz minlərlə ölçülür. Elektron resursa daxilolmaların sayı bu ilin birinci yarısında artaraq 1,2 milyonu ötüb.Həmin informasiya resursuna insanların əlçatanlığını və rahatlığını təmin etmək üçün yeni mobil “E-qanun” tətbiqi hazırlanıb və sentyabrın 9-da bu innovasiyanın ictimai əhəmiyyətinə və funksional imkanlarına dair Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə geniş ictimai təqdimat keçirilib.

Əhalinin dövlət reyestrinin fəaliyyətinin təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyinin bütün qeydiyyat şöbələri ölkə üzrə vahid elektron şəbəkədə birləşdirilərək, bu qurumların “Vətəndaşlıq Vəziyyəti Aktları” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sisteminə birbaşa rabitə xəttləri vasitəsilə çıxışı təmin edilmişdir. Xüsusilə, qeyd etmək lazımdır ki, vətəndaşlara istənilən qeydiyyat şöbəsinə yaxınlaşaraq, qeydiyyat yerindən asılı olmayaraq, doğum, ölüm, nikah və digər vətəndaşlıq vəziyyəti aktlarına dair şəhadətnamə və arayışları əldə etmək imkanı yaradılmışdır.

” Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi barədə” dövlətimizin başçısının imzaladığı fərmanından irəli gələrək uzaq kənd və qəsəbələrdə fəaliyyət göstərən yerli icra nümayəndəlikləri nazirliyin informasiya sistemlərinə qoşularaq qeydiyyatın həmin sistem vasitəsilə həyata keçirilməsi artıq təmin edilmişdir. Eyni zamanda, respublikanın xaricdəki konsulluqlarının nazirliyin informasiya resurslarına qoşulması nəticəsində ədliyyə xidmətlərindən ölkə hüdudlarından kənarda da yararlanmaq imkanı yaradılıb.

Ədliyyə Nazirliyi Kollegiyasının 2022- ci il 30 iyun tarixli 7 -N nömrəli Qərarı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 29 noyabr tarixli 13-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri və nikah evləri haqqında Əsasnamə”də də dəyişikliklər edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin şəffaflığın artırılması, ictimai iştirakçılığın geniş tətbiqi, açıq hökumətin təşviqi, müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı tapşırıqlarının icrası Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılaraq, vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsi, əhaliyə göstərilən hüquqi xidmətlərin səmərəliliyinin artırılması, o cümlədən elektron xidmətlərin dairəsinin genişləndirilməsi üzrə və rəqəmsal texnologiyaların hüquq sistemində tətbiqi ilə bağlı davamlı tədbirlər həyata keçirilir.Bu davamlı tədbirin əyani göstəricisi olaraq dekabr ayında Ədliyyə Nazirliyində vətəndaş cəmiyyəti institutları və KİV nümayəndələrinin iştirakı ilə “Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaş məmnunluğuna xidmət edən ədliyyə islahatları və innovasiyalar” mövzusunda mediatur təşkil olunmaqla Ədliyyə islahatlarına və innovasiyalara dair keçirilən “açıq qapı” gününü qeyd etmək olar. Belə ki “açıq qapı” günündə nazirlik tərəfindən aparılan müxtəlif reyestrlər və elektron informasiya sistemləri, onların funksiyaları, notariat, vətəndaşlıq vəziyyəti aktlarının, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı sahəsində innovasiyalar, elektron və mobil xidmətlərlə bağlı yeniliklərlər nümayiş etdirilib.

Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi, baş ədliyyə müşaviri Reyhanə xanım Kərimova insan həyatında ən əlamətdar hadisələrin – vətəndaşlıq vəziyyəti aktlarının rəsmiləşdirilməsi sahəsində tətbiq olunan yeniliklərdən danışaraq, Azərbaycan Prezidentinin rəhbərliyi ilə respublikamızın davamlı sosial-iqtisadi tərəqqisinin, əhalinin rifahının xeyli yüksəlməsinin demoqrafik inkişafa təsir etməklə, doğumun, nikahın və digər vətəndaşlıq vəziyyəti aktlarının operativ, müasir innovasiyalar tətbiq olunmaqla dövlət qeydiyyatının həyata keçirilməsini şərtləndirdiyini bildirib. Bununla əlaqədar 20 milyona qədər sənədin elektronlaşdırılması əsasında yaradılmış “Vətəndaşlıq vəziyyəti aktları” informasiya sisteminin fəaliyyəti nəticəsində əhali barədə məlumatların rəqəmsal idarəedilməsinin mümkün olduğunu vurğulayıb. Dövlətimizin başçısının “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi barədə” Fərmanına əsasən yerli icra nümayəndəliklərinin nazirliyin informasiya sistemlərinə qoşulması, həmçinin bu qurumlarla birgə əhali arasında aparılan maarifləndirmə tədbirləri nəticəsində doğumun qeydiyyatında yüksək əhatəliliyin, o cümlədən 9 minə yaxın uşağın doğum haqqında şəhadətnamə ilə təmin edilməsinə nail olunub. Bu sahədə tətbiq olunan daha bir yenilik doğum və vəfat etmə faktlarının müraciət gözlənilmədən elektron qaydada qeydə alınması prosedurudur.

Məlumdur ki, Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılması sahəsidir. Bu istiqamətdə müasir texnologiyalar tətbiq olunmuş, hüquqi və innovativ islahatlar həyata keçirilmişdir. 2008-ci il iyulun 1-dən etibarən “Vətəndaşlıq Vəziyyəti Aktları” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi tam gücü ilə istifadəyə verilmişdir. Sistemin fəaliyyətini təmin edən tətbiqi proqram təminatı hüquq və informasiya sahələrində daxili və beynəlxalq təcrübəyə əsaslanmaqla modern proqramlaşdırma mühiti və yeni informasiya mühafizəsi metodları əsasında formalaşdırılmışdır. Qeyd edək ki, insan hüquqlarının qorunmasında, sosial-müdafiə proqramlarının icrasında, əhalinin sağlamlığının həyata keçirilməsində, həmçinin cəmiyyətdə var olan digər əsas hüquqi və sosialoji proseslərdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemi əhəmiyyətli rol oynayır.

Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.

İcra hakimiyyətinin nümayəndəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, ölümün dövlət qeydiyyatını, o cümlədən doğumun və ölümün elektron qaydada qeydiyyatını aparır və doğum, nikah, ölüm haqqında şəhadətnamələr verir.

Bəli, Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.


Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Eldəniz Hacıyev,

Səmkir rayon Qeydiyyat şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri

 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR