Son Xəbər: C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq,

İranda dərman böhranı dərinləşir

İranda dərman böhranı dərinləşir

Tarix: 27-02-2023, 13:27

İranda dərman böhranı dərinləşir

Ötən ilin payızında baş verən böhrandan, antibiotik və asetaminofen kimi dərman qıtlığından sonra başqa dərmanların da tapılmayacağı barədə fikirlər səsləndirilir.

İranın Ərzaq və Dərman Təşkilatının sədri Heydər Məhəmmədi iki növ dərman çatışmazlığının aradan qaldırılacağı barədə vədlər versə də, digər dərmanların təmin edilməsi barədə fikir bildirməyib.

Tehran Əczaçılar Birliyinin rəhbəri Həmid Xoyi dərman çatışmazlığı böhranı barədə növbəti dəfə çıxış edib.

Onun sözlərinə görə, dərman tədarükü üçün nəzərdə tutulan büdcə azdır və bu büdcə dərman bazarının yarısını belə əhatə etmir.

Dərman idxalçılarının və dərman xammalının üzləşdiyi likvidlik problemi göstərir ki, bütün xəbərdarlıqlara rəğmən, hökumət praktiki olaraq dərman istehsalçılarının aşağı faizlə maliyyələşdirilməsi üçün heç bir əməli addım atmayıb",- Həmid Xoyi bildirib.

O, mart ayından sonra ölkədə dərman qıtlığı böhranının daha da dərinləşəcəyi barədə xəbərdarlıq edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR