Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Qeyri-maddi mədəni irs nümunələrinin hansı tələblərə cavab verməli olduğu müəyyənləşir

Qeyri-maddi mədəni irs nümunələrinin hansı tələblərə cavab verməli olduğu müəyyənləşir

Tarix: 28-02-2023, 11:13

 

Qeyri-maddi mədəni irs nümunələrinin hansı tələblərə cavab verməli olduğu müəyyənləşir. 

Bu, “Qeyri-maddi mədəni irs haqqında” yeni qanun layihəsində öz əksini tapıb. 

Sənəddə qeyd olunan həmin siyahıya şifahi xalq yaradıcılığına aid nümunələrin mütləq anonimliyi, qeyri-maddi mədəni irs  nümunələrin şifahi, qeyri-rəsmi və rəsmi formada yaradılması, qorunması və nəsildən-nəsilə ötürülməsi, ərazi, etnik, dini, yaş, gender və sosial meyarlardan birinə və ya bir neçəsinə cavab verməsi və nümunələrin Azərbaycan xalqına, ayrı-ayrı sosial qruplara və ya fərdi şəxslərə mənsubluğu aiddir. 

“Qeyri-maddi mənəvi irs haqqında” qanunun müddəaları Azərbaycan ərazisində Azərbaycan xalqı, ayrı-ayrı sosial qruplar və ya fərdi şəxslər tərəfindən yaradılan, qorunan və nəsildən-nəsilə ötürülən, Azərbaycan xalqının mədəni ənənələrini təmsil edən qeyri-maddi mədəni irs nümunələrinə şamil olunmur. 

Qeyri-maddi mənəvi irs nümunələrinin qorunmasının maliyyələşdirilməsinə gəlincə, bu məsələ dövlət büdcəsindən ayırmalar, qeyri-maddi mədəni isr sahəsində fəaliyyətdən əldə olunan gəlir və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq. 

Qanunun pozulmasına görə şəxslər Mülki və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hallarda məsuliyyət daşıyırlar.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR