Son Xəbər: "Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM, “Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək, “Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib, Moldovanın hava sahəsində 5 dron müşahidə olunub, Təhsil Tələbə Krediti Fondu ali məktəblərə qəbul olunanlara müraciət edib, İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik, Ali Məhkəmə podrat müqavilələri üzrə məhkəmə təcrübəsinə aydınlıq gətirib, DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib, AVRO-2026: Bu gün Milli Gimnastika Arenasında C qrupunun daha iki oyunu keçiriləcək, BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr,

DYP-dən paytaxt sakinləri və sürücülərə MÜRACİƏT

DYP-dən paytaxt sakinləri və sürücülərə MÜRACİƏT

Tarix: 28-02-2023, 13:39

 
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) paytaxt sakinləri və sürücülərə müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli deyib ki, 1-3 mart 2023-cü il Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, Bakı Konqres Mərkəzində keçiriləcək tədbirdə iştirak edən qonaqların əsas hərəkət marşurutları paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək: “Beynəlxalq əhəmiyyətli tədbirin yüksək səviyyədə başa çatması üçün paytaxt sakinlərindən və sürücülərdən mərkəz istiqamətinə səfərlərini əsasən ictimai nəqliyyata üstünlük verərək icra etməyi, bu müddət ərzində şəxsi avtomobillərdən az istifadə etməyi xahiş edirik. Mərkəzə daxil olan nəqliyyat axının fasiləsiz idarə olunması məqsədilə paytaxtın cənub girişindən mərkəzə Lökbatan dairəsindən kənar dairəvi yolla hərəkətə üstünlük verməyi əsasən Zərifə Əliyeyeva, Neftçilər prospekti, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Teymur Elçin, Lermantov, Parlamen prospekti, Koroğlu Rəhimov və Yusif Səfərov istiqamətində mərkəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətini yükləməməyi xahiş edirik”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR