Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

“Hacı Şahin müalicədən imtina edərək...” - Həkim (FOTO)

“Hacı Şahin müalicədən imtina edərək...” - Həkim (FOTO)

Tarix: 2-03-2023, 17:50

 
"Hacı Şahin Həsənli bir gün əvvəl “Baku Medikal Plaza”nın kardiologiya şöbəsində yox, təcili yardımında olub".

 “Baku Medikal Plaza”nın Kardiologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktor Üzeyir Rəhimov deyib.

Bildirib ki, ona xəstəxanada yatmaq tövsiyə olunub: "Amma o, xəstəxanaya qəbul olmaqdan imtina edib, müvafiq sənədə imza atıb gedib. Xəstəxanada yatmalı olduğu bildirilib, damarlarının yoxlanmağı tövsiyə olunub. Çünki şikayətləri ürək ağrılarından imiş. Ağrısı keçdiyi üçün yəqin ki, sabah-birigün gələrəm deyib, yatmaq istəməyib və evə gedib. Klinika da ondan iltizamnamə alıb ki, evə getməyiniz risklidir, problem ola bilər. Amma o, hər şeyə rəğmən kağızları imzalayıb gedib”.

Üzeyir Rəhimovun sözlərinə görə, Hacı Şahin Həsənli xəstəxanaya müraciət edəndə ağrıları keçibmiş: “Tipik ürək ağrısı olduğu üçün israrla xəstəxanada yatmaq tövsiyə olunub. Şikayətinə görə, onda ürəyin işemik xəstəliyi olduğu onsuz da bilinir. Troponin deyilən analiz yoxlanılıb, onun miqdarı yüksək çıxıb. Amma o, bütün tövsiyələrdən imtina edib.

Azərbaycanda belə hallar çox olur. Troponi yüksək olub, nə qədər etsək də xəstəxanada yatmaqdan imtina edən o qədər insanlar var ki...”

O, Hacı Şahin Həsənlini şəxsən tanımadığını deyib: “Onu heç vaxt müayinə etməmişəm. Bildiyim qədəri ilə heç ürək həkimində də olmayıb.

Onun ürəyinə stent qoyulduğu deyilir. Amma bu, əsassızdır. Anju olunmayan xəstəyə stent qoyula bilməz. O, ümumiyyətlə, anju da olunmayıb. Heç vaxt ürəyindən şikayətlənməyib, bu, ilk əlamətlər olub”.

"Teleqraf.com"

“Hacı Şahin müalicədən imtina edərək...” - Həkim (FOTO)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR