Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Qərbi Azərbaycan İcması Nikol Paşinyana cavab verib

Qərbi Azərbaycan İcması Nikol Paşinyana cavab verib

Tarix: 3-03-2023, 17:32

 
“Ermənistanın baş naziri Nikol Paşinyan Alman Xarici Əlaqələr Şurasında (DGAP) bugünkü çıxışında Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına şəraitin yaradılması barədə çağırışları Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təsir edən bir hal kimi qələmə verməyə cəhd edib. Biz baş nazirə xatırlatmaq istərdik ki, etnik təmizləmə insanlıq əleyhinə cinayətdir və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaları təməl insan haqlarıdır”.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının mövzu ilə bağlı açıqlamasında bildirilib.

Qeyd olunub ki, Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə geri qayıtmasına şərait yaratmaq Ermənistanın BMT-nin Nizamnaməsi, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Avropa İnsan Hüquqları Konvensiyası, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt və digər mühüm beynəlxalq sənədlərdən irəli gələn öhdəliyidir:

“Həmçinin Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının təmin olunması regional sülh və təhlükəsizliyin bərqərar olmasının zəruri şərtidir. Biz sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışa dair konsepsiyamızı hazırlayıb ictimaiyyətə bəyan etmişik. Biz bir daha Baş nazir Paşinyanı Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmaq üçün müvafiq beynəlxalq proses çərçivəsində dərhal İcma ilə danışıqlara başlamağa çağırırıq”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR