Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Günün qoroskopu: nəticənin bütünlüklə sizdən asılı olduğu gündür

Günün qoroskopu: nəticənin bütünlüklə sizdən asılı olduğu gündür

Tarix: 6-03-2023, 08:38

 
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik

Qoç - gələcək günlərin bünövrəsinin qoyulduğu vaxtdır. Yeni işlərə mənəvi və fiziki baxımdan hazırlaşın. Sizdə razılıq hissi yaradan işlərdə çalışın, amma tapşırıq və göstərişləri də unutmayın. Yaxın insanlarla ünsiyyətdə diqqətli olun. Dayanıqlı münasibətləri emosiyalar və qıcıqla imtahana çəkməyin.

Buğa - yaxşı gündür. Əla formadasınız və hadisələrin ritmindən, intensivlik və sayından bəhrələnə bilərsiniz. Hər şey sürətlə dəyişir, yaxın ətrafınızdakı insanlar təmaslara hazırdır. Emosiya və dəyərləndirmələrinizdə sayıq olun. Narazı qaldığınız məsələlərdən qurtulmaq və yeni planlarınızın təməlini qoymaq üçün əlverişli vaxtdır. Şansdan yararlanın, ətalətli olmayın, hadisələri öz məcrasına buraxaraq laqeyd müşahidəçi olmayın.

Əkizlər - hadisələr sizi təbdən çıxararaq qıcıqlandıra bilər. Ənənəvi dəyərlərə yenidən baxış və ya konkret nəticənin əldə olunması - sonuc sizdən asılıdır.
Aktiv olun. Qüvvənizi dəyərləndirin, istənilən söz və ya hərəkətinizin sonrakı əks-sədasını təxminləməyə çalışın.

Xərçəng - çətin gündür. Gözləntiləriniz miqyaslı olmasın. Təşəbbüs və ideyanız tərəfdaş, iş yoldaşı və ya şərikiniz tərəfindən qəbul olunmur. İstənilən işdə yalnız öz qüvvənizə və imkanlarınıza bel bağlayın. Ciddi, qəti addım atmaq üçün münasib gün deyil. Əlavə gərginlik olmadan çalışın, qayğıların sayını azaltmağa çalışın.

Şir - seçim və konkret qərar günüdür. Perspektivləri müəyyənləşdirin, addımlarınızı tərəfdaş və ya şəriklə razılaşdırın. İmkanlar genişlənir. Lakin indi gördüyünüz və ya sizə təklif olunan işi bəyənməsəniz də, daha çox xaosun yaranmasının səbəbkarı olmayın. Əksinə, işləri sistemləşdirin, gərəksiz nəsnə və ünsürlərdən qurtulun, əməllərinizi və istəklərinizi yerbəyer edin. Belədə hisslərdə də aydınlıq yaşanacaq.

Qız - rəvan gündür. Günün ilk yarısında təcili işləri müəyyənləşdirin, ilk növbədə onlarla məşğul olun. Mühüm nüansların diqqətdən yayınmasına imkan verməyin. Təmkinli, soyuqqanlı olun, emosiyalara qapılmayın. Sonrakı peşmançılıq hissinin yaranmaması üçün düşünülmüş addımlar atın.

Tərəzi - Səhhətinizə fikir verin. Sizə uyğun və əlverişli olan profilaktika variantlarından birini gerçəkləşdirə bilərsiniz. Gün bol təəssüratlar vəd edir. Mühüm mövzulardan birini inkişaf etdirmək üçün təməl hazırlayın.

Əqrəb - Baş verənlərə dərhal, tələsik qiymət verməyin. Tənqidə qapılmayın, indiyədək demədiyiniz sözləri yaxın insana söyləməyin. Yaşananları məntiqlə dəyərləndirəmyə emosiyalar mane ola bilər. Münaqişə yaranmamalıdır. Axşam saatları ev işləri, ailə ünsiyyəti üçündür.

Oxatan -nəticənin bütünlüklə sizdən asılı olduğu gündür. Cari işlərlə məşğul olun, böyük planlar qurmayın. Rutin proseslər sizi usandırsa belə, kəmhövsələlik etməyin. Tənbəlliyə və ətalətə, süstlüyə və apatiyaya qapılmayın. Aktiv olun.

Oğlaq - Amma bütün bunlarla yanaşı, fikirlərinizi dürüst istiqamətə yönəldin və problemləri tədricən həll edin. Yeni simalar görmək üçün müxtəlif yerlərdə olun. İnformasiya arayırsınız, amma sırf praktik məqamlarla maraqlanın. Axşam saatlarında yaxşıca dincəlin, sabahkı günə hazırlaşın. Çünki sabah gün asan olmayacaq.

Dolça - Hisslərlə yaşam arealınızı qaydaya salın, məkanı və emosiyaları pozitiv yeniliklər üçün təmizləyin. Axşam saatlarında xoş ünsiyyət günün yorğunluğunu unutdurar.

Balıqlar - hisslər və hissiyat günüdür. İntuisiyanızı işə salın, yaşamınızdakı qəfil dəyişiklikləri anlamağa çalışın. Bu yeniliklərin perspektivdə işlərə təsir miqyasını dəyərləndirməyə cəhd göstərin. Gərgin təmaslar, emosiyalı ünsiyyət, xoşagəlməz hadisələr anlaşılmazlıq yarada bilər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR