Son Xəbər: Neftin qiyməti 72 dolları ötüb, DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib, İctimai etimadın zirvəsində: İlham Əliyevin liderliyinə yüksək dəstəyin səbəbləri - ŞƏRH, Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub, Sabah Azərbaycanda 36 dərəcə isti olacaq, Prezident İlham Əliyev Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib, İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçiriləcək, Xarkovda raket zərbəsi nəticəsində ölən azərbaycanlı tələbə Kürdəmirdə dəfn edilib, Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb, Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb,

Trampla görüşdən sonra taleyi dəyişən azərbaycanlı milyonçu kimdir?

Trampla görüşdən sonra taleyi dəyişən azərbaycanlı milyonçu kimdir?

Tarix: 6-03-2023, 15:25

 

Ukraynada yaşayan azərbaycanlı milyonçu Vaqif Əliyev bu ölkədəki planlarının bəzilərini gerçəkləşdirə bilməyib. 

Bu barədə "Ekonomika Pravda" məlumat dərc edib. 

Məlumata görə, 1968-ci ildə Türkmənistanda azərbaycanlı ailəsində anadan olan iş adamı Ukraynada "Mandarin Palace", "Blockbuster Mall", "Lavina Mall" və s. ticarət mərkəzlərinin sahibidir.

O, amerikalı biznesmen (eks ABŞ prezidenti) Donald Trampla görüşdən sonra 2020-ci ilin sonunadək Ukraynada 9 iri ticarət mərkəzi açmaq istədiyini bildirib.

Bildirilib ki, biznesmenlər Nyu-Yorkda görüşüb. "Tramp Tower"də baş tutan görüşdən sonra azərbaycanlı milyonçunun taleyi daha da yaxşılaşıb. Bundan sonra Ukraynaya qayıdan Əliyev, İqor Nikonov və Vladimir Krapivinlə şərik kimi KAN şirkətini təsis ediblər.

O, Trampla görüşdən sonra Kiyevdə daşınmaz əmlak bazarının kralına çevrilmək üçün ən azı səkkiz böyük ticarət mərkəzi tikmək fikrində idi. Məqsədin əldə edilməsinə epidemiya, müharibə, miqrasiya və ödəmə qabiliyyətinin böhranı mane olub.

Bununla bağlı AP-yə müsahibə verən milyonçu qeyd edib ki, "üç-dörd aydan sonra "Putin zəhərlənəcək", müharibə başa çatacaq, Kiyev isə Avropanın böyük meqapolisinə çevriləcək, paytaxtın əhalisi xeyli artacaq, turist axını on dəfə artacaq".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR