Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Tbilisidə parlament binası qarşısında növbəti etiraz aksiyası

Tbilisidə parlament binası qarşısında növbəti etiraz aksiyası

Tarix: 9-03-2023, 22:17

 

Tbilisidə parlamentin qarşısındakı meydanda vətəndaş fəalları və tələbələrin təşkil etdiyi növbəti etiraz aksiyası keçirilir.

Etirazçılar iki tələb irəli sürüblər - qanunvericilik səviyyəsində xarici agentlər haqqında qanun layihəsinin parlamentdən geri götürülməsinin rəsmiləşdirilməsi və martın 7-də və 8-də polis tərəfindən saxlanılan bütün etirazçıların azadlığa buraxılması.

Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili xarici agentlərlə bağlı qanun layihələrinin geri götürülməsini cəmiyyətin qələbəsi adlandırıb . Bu barədə onun videomüraciətində deyilir.

O, qanun layihəsinin geri götürülməsi barədə qərarın “xalqın real gücünü nəzərə almaqla” diktə edildiyini vurğulayıb.

Zurabişvili Gürcüstan hakimiyyətini xarici agentlər haqqında qanun layihəsinin qəbuluna etiraz edənlərə qarşı güc tətbiq etməkdən çəkinməyə çağırıb. Eyni zamanda, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili prezidenti Tbilisidəki iğtişaşlar zamanı etdiyi hərəkətlərə görə tənqid edib. Gürcüstan müxalifəti qanun layihəsini geri götürdükdən sonra vətəndaşları gələcək fəaliyyətləri müzakirə etmək üçün planlaşdırılan mitinq əvəzinə “məlumat toplantısı” keçirməyə çağırıb.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR