Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

Laçın yolunda sərhəd nəzarət-keçid məntəqəsi yaradılsın - Nazirdən TƏKLİF

Laçın yolunda sərhəd nəzarət-keçid məntəqəsi yaradılsın - Nazirdən TƏKLİF

Tarix: 10-03-2023, 13:20

 

"Ermənistan Laçın yolunda şəffaflıqda maraqlı deyil".

Bu, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT Baş katibi Antoniu Quttereşə ünvanladığı məktubda öz əksini tapıb.

Bildirilib ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda etiraz aksiyası ilə bağlı heç bir məsuliyyət daşımır və onların legitim etiraz hüquqlarının qarşısının alınmasına məcbur edilə bilməz. Bununla yanaşı, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın yoldan “azad istifadə” etmə tələbini dəyişdirməklə, əslində Laçın yolundan hərbi və iqtisadi məqsədlər üçün sui-istifadə edilməsinə qarşı olduğunu diqqətə çatdırıb.

Məktubda Laçın yolundan sui-istifadə halları diqqətə çatdırılır və Azərbaycanın səlahiyyətləri çərçivəsində yoldan istifadənin təhlükəsizliyinə zəmanət verdiyi, nə Azərbaycan hökumətinin, nə də etirazçıların yolda hərəkətə maneçilik törətmədikləri vurğulanır.

Sənədə həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin və Rusiya sülhməramlı kontingentinin avtomobillərinin keçidi barədə məlumat təqdim olunur, 3000-dən yuxarı avtomobillərin yoldan istifadəsinin “blokada” və “gərgin humanitar” vəziyyət barədə iddiaların əsassız olduğunu sübut etdiyi bildirilir. Laçın yolundan istifadənin qanuni və şəffaf olması, yoldan sui-istifadə hallarına yol verilməməsi, bu səylərin tərkib hissəsi kimi, Laçın yolunun başlanğıcında sərhəd nəzarət-keçid məntəqəsi yaradılması təklifi məktubda xüsusi olaraq vurğulanır. Ermənistanın bu təklifdən heç bir əsas gətirmədən imtina etməsinin Ermənistanın Laçın yolunda şəffaflıqda maraqlı olmadığını və sui-istifadə hallarını davam etdirmək niyyətinin göstəricisi olduğu diqqətə çatdırılır.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR