Son Xəbər: Azərbaycanla Özbəkistan arasında geoloji kəşfiyyat üzrə birgə müəssisə yaradılır, Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər, Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib, Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq, İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib, İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib, Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir, DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb, Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib, Bakının bir sıra yollarında tıxac yaranıb,

Rüşvət alan vəzifəli şəxslər cinayət başında yaxalandı

Rüşvət alan vəzifəli şəxslər cinayət başında yaxalandı

Tarix: 13-03-2023, 17:36

 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin vəzifəli şəxsləri vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb.

Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan qurumun rəis müavini - Səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il müddətinə uzadılması, həmin idarənin Sabunçu Rayon İdarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi Toğrul İsgəndərovun isə həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Həmin vəzifəli şəxslərin üzərində və xidməti otaqlarında axtarış aparılan zaman iş üzrə əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.

Baş İdarədə başlanmış cinayət işi üzrə Adil Hüseynov və Toğrul İsgəndərov Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə  təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Rəsmi məlumata görə, hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR