Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

"Din pərdəsi" altında təxribat əməllərini həyata keçirənlər tutuldu - SİYAHI

"Din pərdəsi" altında təxribat əməllərini həyata keçirənlər tutuldu - SİYAHI

Tarix: 13-03-2023, 18:34

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda "din pərdəsi" altında təxribat və pozuculuq əməllərini həyata keçirən 32 nəfər müəyyən edilərək saxlanılıb.

Saxlanılanlar - Nahid Qəhrəmanov, Rüstəm İsmayılov, Bəhruz Kərimov, Elvin Nəsirov, Samir İsayev, Nihat Xəlilov, Maarif Ağayev, Sakif Ağabalayev, Elnur Meybullayev, Rza Rzayev, Tural Vəliyev, Bəxtiyar Babaşov, Mehman Fətəliyev, Murad Abdullayev, Eldəniz Ağayev, Amal Əhmədov, Ceyhun İlyasov, Tural Həsənov, Hilal Əsədov, Nəriman Baxışov, Anar Xəlilov, İlqar Musayev, Şahin Verdiyev, Hasil Rüstəmov, İsmayıl İsmayılov, Elvin Quliyev, Ülvi Əliyev, Vüsal Alış, Nizami Əhmədov, Rahid İbişov, Mənsur Vəlişov və Rövşən Cabbarov özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də ibadət yerlərində, insanların toplaşdığı digər mərasimlərdə İran lehinə təbliğatlar aparmaqla ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqlarını yerinə yetiriblər.

Onlar “Kərimə” dövləti quracaqlarını bildirərək Azərbaycan Respublikasının mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etmişlər. Xarici xüsusi xidmət orqanlarının sifarişlərini həyata keçirən bu şəxslər məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə dini radikalizmi təbliğ edərək cəmiyyətdə çaşqınlıq yaratmağı planlaşdırmışlar. Araşdırmalarla müəyyən edilmişdir ki, onlar İran İslam Respublikasından məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf etmişlər. Bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR