Son Xəbər: Kənar dairəvi yolda minik maşını "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var, KİV: Qətər-Türkiyə-Avropa qaz kəməri layihəsi bahalı və risklidir, Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib - CƏDVƏL, İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib, Kəmaləddin Heydərovun Naxçıvanda vətəndaş qəbulunun vaxtı dəyişib, Azərbaycan Kuboku: Bu gün ilk finalçı bəlli olacaq, Böyük Qayıdış: Ağdam şəhərinə daha 92 ailə yola salınıb, Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib, Prokuror qızıl qaçaqmalçılığında ittiham olunan hərbi attaşenin keçmiş köməkçisinə cəza istəyib, Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib,

Ərdoğan YAP nümayəndə heyətini qəbul edib

Ərdoğan YAP nümayəndə heyətini qəbul edib

Tarix: 13-03-2023, 19:16

 

Türkiyə Cümhuriyyətinin Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Sədri Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini partiyasının mərkəzi qərargahında qəbul edib.

YAP-dan verilən xəbərə görə, nümayəndə heyətini salamlayan Rəcəb Tayyib Ərdoğan iki qardaş ölkə arasındakı münasibətlərin nümunəvi xarakter daşıdığını və uğurla inkişaf etdiyini söyləyib.

O, Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Türkiyəyə səfərinin mühüm mənəvi və siyasi əhəmiyyətə malik olduğunu, dostluq və qardaşlıq örnəyi kimi minnətdarlıq doğurduğunu bildirib.

Rəcəb Tayyib Ərdoğan baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində göstərdiyi qardaş dəstəyinə görə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tarixi köklərə və ortaq dəyərlərə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin hər iki ölkənin liderlərinin məqsədyönlü siyasəti nəticəsində strateji müttəfiqlik zirvəsinə yüksəldiyini söyləyib.

Azərbaycan ilə Türkiyənin hər zaman bir-birinin yanında olduğunu vurğulayan YAP Sədrinin müavini qardaş ölkənin zəlzələnin yaratdığı ağır fəsadları tezliklə aradan qaldıracağına əminliyini ifadə edib. İki ölkənin hakim partiyaları arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdıran YAP Sədrinin müavini qarşıdan gələn seçkilərdə Rəcəb Tayyib Ərdoğana rəhbərlik etdiyi nümayəndə heyəti adından uğurlar arzulayıb.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR