Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

İcma: “Azərbaycana məxsus olan, indiki Ermənistan ərazisində yerləşən məscidlər və qəbiristanlıqlar dağıdılıb”

İcma: “Azərbaycana məxsus olan, indiki Ermənistan ərazisində yerləşən məscidlər və qəbiristanlıqlar dağıdılıb”

Tarix: 16-03-2023, 13:39

 
 
“Azərbaycana məxsus olan və indiki Ermənistan ərazisində yerləşən mədəni-tarixi irs, o cümlədən məscidlər və qəbiristanlıqlar dağıdılıb, toponimlər dəyişdirilib”.

“Report”un xəbərinə görə, bunu Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfüqar Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, 1988-1991-ci illərdəki son deportasiya Ermənistanı monoetnik ölkəyə çevirib:

“Bu qeyri-insani aksiya zamanı 300 000-dən çox azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalıb, 216 azərbaycanlı öldürülüb. Azərbaycana qarşı ərazi iddiaları isə sonuncu deportasiyadan sonra Birinci Qarabağ müharibəsinə və Azərbaycan ərazilərinin 20 faizinin 30 illik işğalına səbəb olub”.
İcma rəsmisi qeyd edib ki, indiki Ermənistanın paytaxtı İrəvanda yerləşən və azərbaycanlılara məxsus olan Göy məscid 300 dini ibadət yeri arasında günümüzə qədər gəlib çatmış yeganə məsciddir. Ü.Zülfüqar vurğulayıb ki, Ermənistan rəhbərliyi Göy məscidi planlı şəkildə farsların mirası kimi təqdim edir:

“300 məscidin dağıdılması cinayət və böyük islamofobiya əlaməti olsa da, bir ölkənin irsini digərinə məxsus kimi təqdim etmək də insanlıqdan kənardır”.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR