Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Həcc ziyarətinin qiyməti niyə bahalaşıb? - QMİ açıqladı

Həcc ziyarətinin qiyməti niyə bahalaşıb? - QMİ açıqladı

Tarix: 17-03-2023, 13:56

 

“Bu il müqəddəs Həcc ziyarətinin təşkili ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının Həcc işləri üzrə Nazirliyinin irəli sürdüyü şərtlər və yenilənmiş qaydalar əsasında, habelə qiymətləri sərbəst təyin edən mehmanxana, yerüstü daşıma və digər xərclərdə artım müşahidə olunması səbəbindən ziyarətin qiyməti ötən ilkinə nisbətən artıb”.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, Səudiyyə Ərəbistanı bu ildən ziyarət qiymətlərinə 15 faizlik əlavə dəyər vergisi (ƏDV) tətbiq etməyə başlayıb ki, bu da ümumi qiymətə təsir edir:

“Qiymətlər qəbul edən ölkə - Səudiyyə Ərəbistanının müvafiq qurumlarının normativləri əsasında müəyyən edilir. Bu il də istisna deyil və yeni qiymət məhz bu əsnada formalaşıb.

Müqayisə üçün bildiririk ki, maraqlananlar qonşu dövlətlərin Həcc ziyarəti qiymətləri ilə tanış olmaqla Azərbaycandakı qiymətlərin heç də yüksək olmadığının fərqində ola bilərlər. Ümumən götürdükdə, qiymətlərdəki artım dünyadakı qlobal inflyasiya proseslərindən qaynaqlanır”.

Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5750 ABŞ dolları (9 775 AZN) təşkil edir. Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsi ilə həyata keçiriləcək. Sənədlərin qəbulu 17 mart tarixindən başlanacaq.

Xatırladaq ki, ötən il bu məbləğ 5350 dollar idi.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR