Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

"Niyə bizdə qiymətlər aşağı düşmür?" - Deputat

"Niyə bizdə qiymətlər aşağı düşmür?" - Deputat

Tarix: 17-03-2023, 16:32

 
"2023-cü ildə ÜDM-nin 2,7 faizi artımı proqnozlaşdırılır. Lakin 2 ayın göstəricilərinə görə biz cəmi 0,4 faiz artıma nail olmuşuq. Deməli belə getsə yenidən Dövlət Neft Fondundan əlavə vəsaitlərin götürülməsinə məcbur olacayıq. Buna görə bir çox istiqamətdə sistemli addımlar atılmalıdır".

Bunu deputat Əli Məsimli Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı deyib.

Son dövlərdə insanların həyat səviyyəsinə mane olan əsas amillərdən biri kimi sürətli qiymət artımına diqqət çəkən deputat bildirib ki, qlobal miqyasda qiymətlər aşağı düşməyə başlayıb: “Əgər doğrudan da bizdəki artımlar bütövlükdə idxal inflyasiyası ilə bağlıdırsa, onda belə bir sual ortaya çıxır ki, niyə bizdə qiymətlər aşağı düşmür? Deməli başqa amillər var. Burada da monopoliya əsas rol oynayır. Hesab edirəm ki, anti-monopoliya siyasətinin həyata keçirilməsi vacibdir. Süni qiymət artımın hər faizinə görə Azərbaycan vətəndaşları ildə 500 milyondan çox vəsait itirməli olurlar. Azərbaycan iqtisadiyyatının 75-80 faizi Bakı şəhəri və Abşeronda yerləşir. Cəmi 7 faizi isə yerdə qalan 12 iqtisadi zonanın payına düşür. Belə bir şəraitdə regionların canlanması istiqamətində addımlar atılmalıdır”.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR