Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

"Dilarə ilə mən qışqırırdıq, maşın çevrilirdi" - Mehriban Zəki

"Dilarə ilə mən qışqırırdıq, maşın çevrilirdi" - Mehriban Zəki

Tarix: 24-03-2023, 13:56

 

Martın 22-si əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ölümü nəticələnən qəzada yaralanan Xalq artisti Mehriban Zəki hadisədən sonra ilk dəfə paylaşım edib. 

M.Zəki O.Əliyev haqda xatirələrini bölüşüb: “İlk tanıdığım gündən hər zaman bütün problemlərin həllini tapar, xəstələnəndə belə problem yoxdur keçib gedəcək deyər, insanları yalnız gülərüz görmək istər, hər zaman hamını süfrə başına yığar, həmin süfrəni şəxsən özü açmaqdan zövq alar, bütün arzularında İrəvana getmək  istərdi. 

Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı. Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay... Oqtay... Oqtay... O isə susurdu. O susurdu, maşın çevrilirdi... 

Bu sadəcə qəzavü-qədər idi. 

Mən sağalacağam. Qolum da, qabırğalarım da bitəşəcək, üzüm də bərpa olacaq. 

Dilarə də inşallah özünü toparlayar. O, çox güclü qadındır. 
Amma Oqtay əbədi susacaq. Allah sizə rəhmət eləsin, Oqtay. 

Martın 22 i belə yazıldı bizim üçün”.

Xatırladaq ki, Saray yolunda qeydə alınan sözügedən qəzada xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, M. Zəki xəstəxanada müalicəsini davam etdirir. 





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR