Son Xəbər: “Heç bir zaman işləməyənlərin pensiya sisteminə girməsinə icazə vermək olmaz”, Yenidən öz postlarına namizəd olacaqlar, COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?, Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu, Generalın oğluna yeni vəzifə verildi, COP29-da iqlim dəyişikliyi və biomüxtəliflik əlaqələrinin müzakirəsi - Fotolar, Doğum, uşaqlara qulluq və dəfn müavinətləri artırıla bilər, COP29 çərçivəsində Azərbaycanda ilk bərpa olunan enerji hərracının qalibi elan edilib, Şəkidə yol qəzası olub, ölən var, Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirildi - Fotolar,

Bakıda xilasetmə əməliyyatı...

Bakıda xilasetmə əməliyyatı...

Tarix: 27-03-2023, 07:12

Bakı Olimpiya Stadionunda nə məğlubiyyətə üzülən oldu, nə də qələbəyə sevinən...

Bu, zəlzələnin 47-ci gününə təsadüf edən matç idi, daha doğrusu, xilasetmə əməliyyatı. Ölkə Prezidentindən tutmuş, futbolçuların, azarkeşlərin iştirakı ilə keçirilən əməliyyat...

6 fevralda baş verən zəlzələnin episentri təkcə Kahramanmaraş deyildi, həm də Bakıydı, Gəncə idi, Naxçıvanıydı...

Biz də silkələnmişdik, silkələnib nəyimiz var, nəyimiz yox idi tökmüşdük ortaya, yığmışdık Sərvər Bəşirlinin timsalında köhnə maşınımızın yük yerinə, yardıma koşmuşduq...

Bir sözlə, Qulu Ağsəsin də, dediyi kimi, Azərbaycan özünü dağıntılar altına atmışdı.

Fiziki olaraq, xilasetmə əməliyyatı başa çatıb, amma mənəvi olaraq davam edir. Və dünənki “Qarabağ” - “Qalatasaray” xeyriyyə matçı da bu mənəviyyatın bir parçası idi. 

Şuşada keçirilən Xarıbülbül festivalından sonra, Azərbaycanda təşkil olunan ən anlamlı və duyğulu orqazinasyonlardan idi dünənki matç...

Bu, həm də Vətən müharibəsi qazisi Muradın iki muradına birdən çatması idi. Şükür ki, hər iki arzusuna canlı şahidlik edərək... 

Qızğın döyüşlərin ortasında Türkiyə telekanlının mikrofonuna “Qarabağ azad olunsun, Xankəndidə bir “Qarabağ” - “Qalatasaray”  matçı izləyək” demişdi bizim Murad. 

İki muradın bir reallaşdığı dövrdə hesab da iki bir oldu. İki dövlətin bir millət olduğu kimi...

Amma kaş, nə zəlzələ olardı, nə də bu matç... Bu matçı elə biz Xankəndinə saxlayardıq...

Deməli, futbol təkcə 22 nəfərin bir top arxasınca qaçması deyil. Futbol - yeri gələndə iki qardaş ölkənin uğruna qanlar tökülən şanlı bayrağını bir formanın üzərinə həkk etdirməkdir. 

Futbol - zəlzələnin ilk günündən olduğu kimi, ay yarım sonra da “Səsimi duyan varmı” sualına Azərbaycandan “Buradayam!” cavabının gəlməsidir. 

Futbol həm də, Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ”ın qoluna sevinib, “Qalatasaray”ın qoluna isə əl çalmasıdır. 

Respect, cənab Prezident!

Respect, “Qarabağ”, respect “Qalatasaray”!

Emin Səfərov





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR