Son Xəbər: Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib, Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb, Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib, Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb, Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb,

Bu qidalar oruc tutarkən baş ağrılarına səbəb ola bilər

Bu qidalar oruc tutarkən baş ağrılarına səbəb ola bilər

Tarix: 28-03-2023, 09:03


Baş ağrısı ən çox görülən xəstəliklərdən biridir. Xüsusilə miqren tutması olan insanlar gün ərzində dözülməz başağrıları yaşayırlar. Tez-tez baş ağrıları keçirənlərlə yanaşı, Ramazan ayında oruc tutanlar da yüngül və ya şiddətli baş ağrıları yaşaya bilərlər. Hər gün istehlak etdiyiniz məhsulların baş ağrısına səbəb olduğunu bilirdinizmi?

Baş ağrısını artıran qidaları təqdim edirik: 

Baş ağrısının səbəblərindən biri kimyəvi və işlənmiş qidalardır.

Kimyəvi maddələrə nitratlar/nitritlər, feniletilamin, sulfitlər, taninlər, tiramin, salisilatlar, aspartat, əlavə edilmiş şəkər, kofein, qlüten, qlutamat və kapsaisin daxildir. 

Amerika Miqren Fondunun araşdırmasının nəticələrinə görə, şokolad miqren tutmasını artıran qidalardan biridir. Şokolad həm kofein, həm də beta-feniletilamin ehtiva edir ki, bu da bəzi insanlarda baş ağrılarına səbəb ola bilər.

Migren xəstələrinin nəzərinə!  Bu qidalar oruc tutanda baş ağrılarına səbəb olur

Bu qidalar oruc tutarkən baş ağrılarına səbəb ola bilər

Gündəlik istehlak etdiyimiz bir çox qidanın tərkibində olan Çin duzu miqren və baş ağrısı problemini artırır. Çin duzu bir çox qidada əlavə olaraq tapılır. 

Migren xəstələrinin nəzərinə!  Bu qidalar oruc tutanda baş ağrılarına səbəb olur

Dondurulmuş qidalar, dondurma və buzlu içkilər başda şiddətli ağrılara səbəb ola bilər. 

Migren xəstələrinin nəzərinə!  Bu qidalar oruc tutanda baş ağrılarına səbəb olur

Kofeinli içkilər, o cümlədən qəhvə, çay və kola baş ağrısını artıran içkilər arasındadır. Mütəxəssislər az miqdarda kofeinin miqren əlamətlərinə fayda verdiyini ifadə edərkən, kofeinin miqdarı düzgün tənzimlənmədikdə bir müddət sonra baş ağrılarına səbəb olacağını söyləyirlər.

Migren xəstələrinin nəzərinə!  Bu qidalar oruc tutanda baş ağrılarına səbəb olur

Şarküteri ətləri, vetçina, sosislər və kolbasalarda rəng və ləzzəti qoruyan nitratlar adlanan konservantlar var. Bu qidalar qana azot oksidi buraxa bilər ki, bu da beyindəki qan damarlarını genişləndirir. Mütəxəssislər bunun baş ağrılarına səbəb olduğunu deyirlər.

Migren xəstələrinin nəzərinə!  Bu qidalar oruc tutanda baş ağrılarına səbəb olur




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR