Son Xəbər: İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib, DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir, Azərbaycan neftinin qiyməti 117 dolları keçib, Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb, Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur, "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq, Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib, Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir", Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq,

"İran Naxçıvanla sərhəddə silah-sursat yığmaqda davam edir" - Deputat

"İran Naxçıvanla sərhəddə silah-sursat yığmaqda davam edir" - Deputat

Tarix: 28-03-2023, 10:30

"Görüntülər göstərir ki, İran Naxçıvanla sərhəddə silah-sursat və canlı qüvvə yığmaqda davam edir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ilə sərhəddə uğursuz təlimlər keçirən Tehran yenə də təhdid yolunu davam etdirir".

Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu təlimlər və təhdidlər regiondakı yeni düzəni dəyişmək gücündə deyil:

"Digər tərəfdən, Tehran rejiminin müsəlman qonşusu ilə təhdid alətlərinə üstünlük verməsinin özü də İranın xarici siyasətinin qüsurlu olduğunu göstərir. Bu siyasətdən itirən tərəf təbii ki, Tehran özü olacaq. Azərbaycan bütün təhdidlərə cavab vermək gücündədir. Məsələnin iqtisadi tərəflərinə gəldikdə isə İran ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən il 476 milyon 438 min dollar olub. İran ölkəmizdən 29 milyon 831 min dollarlıq mal alıb. Bu o deməkdir ki, İran 2022-ci ildə Azərbaycana 446 milyon 607 min dollar dəyərində məhsul ixrac edib.

Deməli, Azərbaycan ilə ticarət əlaqələrində İranın illik xalis qazancı 446 milyon dollardır. Bu isə həm də o deməkdir ki, İranın qüsurlu xarici siyasəti xarici iqtisadi əlaqələrə yansıyarsa, o zaman itirən tərəf məhz Tehran olacaq. İranda inflyasiya səviyyəsinin kifayət qədər yüksəlməsi və xarici valyutaya tələbin kəskin artdığını nəzərə alsaq, bu, biznes üçün heç də kiçik rəqəm deyil".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR