Son Xəbər: Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik, Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib, Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub, Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb, Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub, Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb, Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır, Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək,

Lavrov iranlı həmkarına hörmətsizlik etdi: "Nə gözləyirdiniz?" (VİDEO)

Lavrov iranlı həmkarına hörmətsizlik etdi: "Nə gözləyirdiniz?" (VİDEO)

Tarix: 31-03-2023, 10:52

 

Mart ayının 30-da İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Moskvaya səfəri zamanı ona qarşı hörmətsizlik edilib. 

Mediabiz.az İran KİV-ə istinadən xəbər verir ki, nazir rusiyalı həmkarı Sergey Lavrovun onu qarşılaması üçün Rusiya Xarici İşlər Nazirliyinin binasının qarşısında avtomobilində xeyli gözləyib. Lakin Lavrov onu qarşılamağa çıxmayıb. 

Abdullahiyan XİN binasına daxil olduqdan sonra Lavrov ona "Görünür, siz maşından düşmək istəmirdiniz" deyə kameralar qarşısında müraciət edib. "Mən gözləyirdim" deyən nazirə rusiyalı həmkarı "Nə gözləyirdiniz?" deyə yenidən kinayə ilə yanaşıb. 

Rusiyanın bu addımı İranda XİN rəhbərinin aşağılanması kimi qiymətləndirilib: "Ruslar bir ölkənin mövqelərindən narazı olanda bunu kamera qarşısında davranışlarında göstərirlər. Putinin Makron və Rəisini qarşılama tərzindən tutmuş, Ərdoğanı görüş üçün qapıda gözlətməsinə qədər... Yəqin ki, Rusiya İranın Ukrayna ilə bağlı mövqeyini dəyişdirdiyinə görə bu addımı atıb", - məlumatda deyilir. 

İranın XİN sözçüsü Tazhan Kənani isə görüntüləri təhrif etməyə çalışıb: "Təbii ki, nümayəndə heyətinin rəhbəri avtomobilin içərisində onu müşayiət edən digər əsas üzvləri gözləyirdi". 





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR