Son Xəbər: DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir, Azərbaycan neftinin qiyməti 117 dolları keçib, Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb, Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur, "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq, Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib, Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir", Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib,

İlham Əliyev Mustafa Varankı qəbul edib

İlham Əliyev Mustafa Varankı qəbul edib

Tarix: 4-04-2023, 17:19

 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Türkiyə Respublikasının sənaye və texnologiya naziri Mustafa Varankı qəbul edib.

Türkiyənin ilk yerli elektromobili “Togg”un istehsalı ilə bağlı təbriklərini çatdıran dövlətimizin başçısı onun Bakıya gətirilməsindən məmnunluğunu bildirdi, bununla bağlı Türkiyə dövlətinin başçısına minnətdarlığını ifadə etdi.

Azərbaycan Prezidenti bu tipli avtomobilin ikincisinin ölkəmizdə olmasını dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirdi.

Dünən Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla görüşünü xatırladan Prezident İlham Əliyev qardaş ölkədə son illərdə həm müdafiə sənayesi, həm də mülki sənaye sahələrində yüksək texnoloji məhsulların istehsal olunduğunu dedi, bunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqının zəkası, istedadı və əməyi nəticəsində ərsəyə gəldiyini vurğuladı və “Togg”un istehsalına başlanılmasının da bu baxımdan yaxşı nümunə olduğunu bildirdi.

Dövlətimizin başçısı əldə olunan bütün bu uğurlar münasibətilə Türkiyə Prezidentinə, dost və qardaş Türkiyə xalqına təbriklərini çatdırdı.

Mustafa Varank “Togg”un ikinci avtomobilinin Azərbaycanda olmasından Türkiyə Prezidenti və xalqının qürur hissi keçirdiyini bildirdi.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən sənaye və texnologiya sahələrində inkişafından məmnunluq ifadə olundu, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR