Son Xəbər: Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT, Pulsuz ictimai nəqliyyat xidməti bu tarixdə başa çatır, Paşinyan saqqalını qırxmasının səbəbini AÇIQLADI, Bakının bir sıra yollarında tıxac var - SİYAHI, COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO, Ermənistanda İran vətəndaşına məxsus yük maşını qəza uğrayıb, sürücü ölüb, “COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı,

"Dini komitə və Allahşükür Paşazadənin idarəsi ciddi səhvlərə yol verib"

"Dini komitə və Allahşükür Paşazadənin idarəsi ciddi səhvlərə yol verib"

Tarix: 6-04-2023, 17:43

"Müəyyən agentura şəbəkəsinin Azərbaycanda strukturlaşması, uzun illər boyu din və ideoloji sahələrdə kök salması bizim bu sahəyə diqqətimizin az olmasının nəticəsidir. Bu işlərlə məşğul olmalı olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şeyxülislam Allahşükür Paşazadənin idarəsi çox ciddi səhvlərə yol veriblər".

Bunu "Unikal"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, təhsil almaq üçün İrana göndərilən və orada beyni yuyulan, ölkəyə ruhani-xadim kimi deyil, sırf İranın agenti kimi geri göndərilən şəxslər ölkədə dini-ideoloji işin aparılması prosesində şəbəkəyə çevriliblər:
"Dini komitə və Allahşükür Paşazadənin idarəsi ciddi səhvlərə yol verib"
"Onlar İrandan alınan təlimatlar əsasında işləyirlər. Doğrudan da, ortada dəhşətli faktlar var. Bu, bizdə dövlətin onurğa sütununu təşkil etməli olan dini işlərlə əlaqədar təşkilatlar bu məsələyə nə qədər məsuliyyətsiz yanaşdıqlarını göstərir. Bundan sonra kimlərsə sinəsinə vurub deyəcək ki, bu qədər mollanı işdən kənarlaşdırmışıq, yenilərini qəbul etmişik, amma həmin şəxslərlə mübarizə aparmaq üçün çox kəskin üsullara əl atmaq lazımdır. Dini komitənin məşğul olan təşkilatların səlahiyyətlərinin artırılması ilə bu işdə uğur qazanmaq olmaz".

Q. Hüseynli əlavə edib ki, bu məsələlərdə kadr çatışmazlığı və bu işlərə rəhbərlik edən şəxslərin səriştəsizliyi ciddi surətdə nəzərdən keçirilməlidir:

"Adamlar dini prosesləri bilmədən və bu məsələlərin ölkənin ictimai-siyasi həyatına təsirlərini qəsdən nəzərə almadan bu sahəni başlı-başına buraxıblar. Nəticə etibarilə başqa dövlətin təsir dairəsi Azərbaycanda kök atıb, böyüyüb və ölkənin ictimai şüurunda az qala həlledici məqama çevrilib. Məscidlərdə İran meyilli qüvvələr at oynadırsa, bu məsələlər toylara qədər sıza bilirsə, deməli, məsələ kifayət qədər ciddidir. Dini işlərə rəhbərlik edən indiki şəxslərlə bu məsələləri aradan qaldırmaq mümkün olmayacaq. Təsirli tədbirlər həyata keçirmək lazımdır. Bu işin bütün anatomiyasını ortaya çıxara biləcək mütəxəssislər meydana çıxmalıdır. Biz həmin şəxslərdən işlərinə məsuliyyətsiz yanaşmalarına görə məsuliyyət tələb etməliyik. Onlardan soruşmalıyıq ki, indi yaranan ağır nəticələrə niyə vaxtında diqqət yetirməmisiniz? Nə işlə məşğul olmusunuz? Ortaya çıxacaq ki, bu adamlar tutduqları vəzifələrdən öz şəxsi rifahları üçün istifadə ediblər. Bu cür əhəmiyyətli ideoloji iş sahəsi isə başlı-başına buraxılıb. 

Onu da qeyd edim ki, casusluğa görə tutulan adamlar narkotik maddələrdən öz maliyyə vəziyyətlərini düzəltmək və yeni-yeni adamları öz sıralarına qatmaq üçün istifadə ediblər. İran onlara maliyyə yardımı ayırsa da, bu yardım çox vaxt Azərbaycana külli miqdarda narkotik vasitə gətirməklə də həyata keçirilib. İrana casusluğa görə saxlanılan bəzi şəxslərin yalnız narkotikə görə ittiham edilməsi yetərli deyil. Hesab edirəm ki, bu işin müxtəlif sferaları da ciddi surətdə araşdırılmalıdır", - deyə o qeyd edib.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR