Son Xəbər: Fransa və Aİ-nin revanşizmə dəstəyi - İrəvan üçüncü ölkələr vasitəsilə silahlandırılır - ŞƏRH, Bu müəllimlərin də maaşları ARTACAQ, Tahir Gözəl: "Qarabağ" meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq", Ağdamda itkin düşən șəxs axtarılır, Putin sabah Qazaxıstana gedir, AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib, Avropa Liqası: "Qarabağ"ın Fransa klubu ilə oyununun hakimləri müəyyənləşib, Sabah Bakıya leysan, dağlıq ərazilərə qar yağacaq - PROQNOZ, Rusiya Prezidenti: MDB məkanında sabitliyin pozulması yolverilməzdir, Azərbaycanda ekoloji vergilərə yenidən baxıla bilər,

Şəfiqə Məmmədova oturub orda, aləmi bir-birinə qatır

Şəfiqə Məmmədova oturub orda, aləmi bir-birinə qatır

Tarix: 13-04-2023, 18:00

 
Heç kim ölkə rəhbərinə doğru məlumatı məruzə etmir. Hamı şəxsi marağını güdür, yalan danışır, dezinformasiya yayır. Haqq deyəni isə ittiham edir, şər-böhtana məruz qoyurlar. Həm ölkə başçısını çaşdırır, həm məxsus olduğu sahələrə xəyanət edirlər.

Bu sözləri xalq artisti, kinorejissor, ssenarist və aktyor Şeyx Əbdül Mahmudov Bakupost.az-a kino sahəsindəki çatışmazlıqlar barədə danışarkən deyib.

Onun sözlərinə görə, bu sahədə şəxsi maraqlar üstün tutulduğu üçün problemlərin olması gözləniləndir.

Xalq artistinin fikrincə, kino sahəsi təsadüfi insanlara tapşırıldığı üçün yanaşma dəyişib, maraq azalıb.

O, eyni zamanda bu sahədəki rəhbər şəxslərin iş prinsipindən şikayətlənib:

“Kinonu kino xadimlərinə vermək lazımdır. Onlar ilərlə toz-torpağın içində çalışıb. İndi həmin adamlar qalıb bir tərəfdə, Kinematoqrafçılar İttifaqının başında oturan Şəfiqə Məmmədova qeyri-legitim şəkildə oradadır. 20 ildir orada oturub aləmi bir-birinə qatır. Qurultay İdarə Heyəti və sədrə 5 il müddətinə səlahiyyət verir. O 5 ilin üzərindən 7 il keçib. Nizamnaməyə uyğun hərəkət edilmir. 12 ildir qurultay keçirə bilmirik. Oğlunu da işə düzəldib, 1000-1200 manat maaş alır. Onun oğlu kimdir ki? Kino ilə nə əlaqəsi var? Heç o pulu bu sahədə əziyyəti olanlar ala bilmir. Şəfiqə xanımın şəxsi maraqları üçün ayrılmayıb ki?! Bu dövlətə, mədəniyyətə, xalqa qarşı təxribatdır”.

Şeyx Əbdül Mahmudov kino sahəsinə ayrılan vəsaitin təyinatından kənar istifadə edildiyini vurğulayıb:

“Ölkə başçısı hər il bu sahəyə 6 milyon pul ayırır. Bu pul kinoya canını qoyan insanlara maddi dəstək üçündür. Kino çəkənimiz, peşəkar sənətkarlarımız var. Bu vəziyyətdə də çox gözəl filmlər çəkə bilirik. Beynəlxalq festivallarda iştirak edirik. Amma hamısını əzab-əziyyətlə edirik. Dövlətin ayırdığı pul bizə çatsa, daha yaxşı işlər görər, həyat tərzimizi də qurarıq. Hesablama Palatasına dəfələrlə müraciət etdim. Niyə yoxlamırlar? Maliyyə naziri niyə baxmır ki, ayırdığı pul hara gedir? Dövlətin ayırdığı pulları xərcləyib kef edirlər”.

Xalq artisti ittifaqların adındakı qrammatik səhvlərə də diqqət çəkib:

“İttifaqlardan birini adı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, digəri isə Azərbaycan Kinematoqrafçılar İttifaqıdır. Keçəl Həsən, Həsən keçəl. Bu nə deməkdir? Azərbaycan respublika deyil? İkincisini yaratmaq üçün “respublika” sözünü ixtisar ediblər. Ədliyyə naziri niyə nəzarət etmir? Hüquqşünaslar, digər əlaqədar dövlət strukturları niyə buna fikir vermir?”

Ə.Mahmudov çatışmazlıqların aradan qaldırılması üçün bir sıra dəyişiklikləri zəruri hesab edir:

“İşi bilənə tapşırmaq lazımdır. 62 ildir kinoya xidmət edirəm. Kino mənim ailəm, övladım, nəfəsimdir. Bu sahəni belə görmək faciədən betərdir. Struktur kökündən dəyişməlidir. Kinoya yanaşma və təşkilat məsələsi, rəhbərlik, təbliğat və maliyyəsinə qədər bütün sahələrə nəzarət peşəkarlara tapşırılmalıdır. İttifaq birlikdə olmalıdır. Ona kino xadimləri rəhbərlik etməlidir. 5 ildən bir seçki keçirilməlidir. Hələ deyirlər ki, istefa ediblər. Biz istefa etməmişik. Onlara istefa etdirəcəyik. Bura bizim evimizdir. Bizim evimizdə oturub bizə ağalıq edirlər? Konkret olaraq Şəfiqə xanıma görə oradan üz döndərmişik”.

Kult.az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR