Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Bayram namazı ilə bağlı bölgələrdə monitorinqlər keçiriləcək

Bayram namazı ilə bağlı bölgələrdə monitorinqlər keçiriləcək

Tarix: 18-04-2023, 18:20

 
Aprelin 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) videoformatda müşavirə keçirilib. Müşavirədə DQİDK-nın sədr müavinləri, Mərkəzi Aparat və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Komitədən verilən xəbərə görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı gündəlikdəki məsələlərə diqqət çəkərək ölkənin bütün bölgələrini əhatə edəcək maarifləndirmə tədbirlərində dini fanatizm, radikalizm, ekstremizmə qarşı mübarizə, həmçinin multikulturalizm, tolerantlıq, sülh şəraitində birgəyaşayış, vətəndaşların hüquq bərabərliyi, ümumbəşəri dəyərlərə hörmət istiqamətlərində tədbirlərin davamlı olaraq keçirildiyini qeyd edib.

2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Komitənin Tədbirlər Planında öz əksini tapan tədbirlər barədə də danışan M.Qurbanlı dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən öyrənilməsi, ulu öndərin zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq layihələrin reallaşdırılmasının önəmindən bəhs edib. Ölkəmizdə qeyd ediləcək Ramazan bayramı barədə danışan komitə sədri DQİDK-nın mərkəzi Aparat və bölgə şöbələrinin üzərinə düşən vəzifələri nəzərə çatdırıb. Bayram namazında Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının verəcəyi fətvanın tələblərinə ciddi riayət olunmasının vacibliyini, o cümlədən bu məqsədlə bölgə şöbələrinin əməkdaşları tərəfindən yerlərdə monitorinqlərin keçirilməsinin labüdlüyünü vurğulayıb.
DQİDK-nın sədr müavinləri isə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərinə (məscidlər) din xadimlərinin təyin olunması məqsədi ilə elan edilən müsahibələr, eləcə də təyinat alan din xadimlərinin fəaliyyəti, maarifləndirmə prosesinin effektivliyinin artırılması barədə fikirlərini bölüşüblər.

Sonda qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR