Son Xəbər: Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib, Milli Məclisin sədri Serbiyaya işgüzar səfər edib, Monteneqro Prezidenti Azərbaycan liderini təbrik edib, ABŞ ordusu İranın Küveytdə hərbi bazaya atdığı 2 ballistik raketi zərərsizləşdirib, Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir, Moldova rəsmisi: Azərbaycan şaxələndirilmiş qaz mənbələrinə çıxışımızda mühüm rol oynayıb, Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib, Qəbul imtahanının 2-ci cəhdində iştirak üçün qeydiyyat başlayıb, İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib, Sabah Bakıda 23, bölgələrdə 28 dərəcə isti olacaq,

Kişiyə qadın paltarı geyindirib təhqir edənlərə bu cəza verildi

Kişiyə qadın paltarı geyindirib təhqir edənlərə bu cəza verildi

Tarix: 20-04-2023, 14:39

Lənkəran rayonunda kişini döyərək qadın paltarı geyindirən və onu ictimai yerlərdə nümayiş etdirən ata və iki oğlu məhkəmə qarşısına çıxarılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun kəndlərindən birinin sakini olan 1969-cu il təvəllüdlü V.Məmmədli (bütün ad və soyadlar şərtidir), onun 1997 və 1998-ci il təvəllüdlü iki oğlu Cinayət Məcəlləsinin 145-ci və 221-ci (Qanunsuz azadlıqdan məhrumetmə və xuliqanlıq) maddəsi ilə təqsirləndirilib.

Araşdırmalar zamanı məlum olub ki, ötən ilin avqustunda 25 yaşlı oğlana kənddə yaşayan subay bibisinin həmkəndlisi olan Mirzə adlı şəxslə görüntülərini əks etdirən video göndərilib. O, məsələ ilə bağlı atasını və qardaşını məlumatlandırıb.

Daha sonra kənddə xeyli insanın bu məsələdən xəbərdar olduğunu görən V.Məmmədli oğulları ilə birgə bacısı ilə münasibəti olan şəxsi cəzalandırmaq qərarına gəlib. V.Məmmədli həmin şəxsi taparaq onu kənddə biabır etmək üçün plan qurub. O, bacısını həmin şəxsin yaşadığı evə göndərərək onu küçəyə çağırtdırıb, özü və oğulları isə kənarda pusquda dayanıb. Mirzə qadının çağırışı ilə küçəyə çıxdıqda onlar “Toyota” markalı avtomobillə qəfil hərəkət edərək həmin şəxsi yaxalayıblar və zorla maşına mindiriblər. Avtomobili kənddən kənardakı çayın sahilinə sürdükdən sonra ata və iki oğlu Mirzəni düşürərək döyüblər və ona qadın ətəyi və qadın köynəyi geyindiriblər.

Qanunsuz hərəkətlərini davam etdirən həmin şəxslər bundan sonra Mirzəni yenidən maşına otuzduraraq onu kəndin mərkəzindəki çayxanaya aparıblar.  Mirzəni qadın paltarında çayxanada nümayiş etdirdikdən sonra digər çay evinə yollanıblar və orada da təhqiredici hərəkətlər ediblər. Daha sonra Mirzəni sərbəst buraxan V.Məmmədli və oğulları evə gediblər.
Lənkəran Rayon Məhkəməsində keçirilən prosesdə Mirzə Abbasov ona qarşı təhqiredici hərəkətlər etmiş şəxslərlə barışdığını, onlara qarşı şikayətinin olmadığını və həmin şəxslərə yüngül cəzanın verilməsini xahiş edib.

Məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb. Ata və oğullarının hər biri 1 il sınaq müddəti təyin edilməklə, 3 il müddətinə şərti cəzaya məhkum edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR