Son Xəbər: Mambetaliyev: Azərbaycan VI Ümumdünya Köçəri Oyunlarında iştirak edəcək, Buraxılış imtahanında üç nəfər maksimum nəticə əldə edib, Ərdoğan: Türkiyə Avropa İttifaqına tam üzvlük hədəfini qoruyur, Bakıda kişi keçmiş arvadını qətlə yetirib, evi və maşını yandırıb, daha sonra özünü öldürüb - BİRGƏ MƏLUMAT, Əhməd Əl Şaraa: Dünən sonuncu ABŞ hərbi texnikası Suriyanı tərk edib, "Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər, Cevdet Yılmaz: Avropanın daha güclü liderə ehtiyacı var, Fuad Nağıyev: "Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın turizm xəritəsinin bir hissəsi olacaq", Sabah 23 dərəcə isti olacaq, Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb,

Ramazan günü xalqı çaşdıran bu axundlar cəzalanmalıdır

Ramazan günü xalqı çaşdıran bu axundlar cəzalanmalıdır

Tarix: 22-04-2023, 14:59

 
Aprelin 21-i Azərbaycan xalqı İslamın iki müqəddəs bayramından biri olan Ramazanı qeyd etdi. Hər Ramazan olduğu kimi, təəssüf ki, bu il də bir sıra dini qruplar bayramın ayın 21-i yox, 22-i olduğunu israrla təbliğ etməyə, insanlar arasında nifaq salmağa çalışdılar.

Bu barədə millət vəkili Ceyhun Məmmədov yazıb.

Millət vəkili sözügedən şəxslər arasında məscidlərimizdə imam işləyən, dövlətdən maaş alan din xadimlərinin də olduğunu vurğulayıb:

“Bu fitvanın və təlimatın haradan gəldiyi hamımıza məlumdur. Əslində artıq ayın 20-dən insanlarımız böyük çaşqınlıq içində idilər. Hamı etibar etdiyi ilahiyyatçıya, din xadiminə zəng edərək, “Sabah oruc tutaq, yoxsa tutmayaq?” sualını verirdi. Dinimizə görə, bir müsəlman ölkəsində Ay görünsə və ya bayram günü kimi qeyd olunursa, bütün müsəlmanlar da həmin günü bayram olaraq qeyd edə bilərlər. Eyni zamanda, dinimiz hər birimizdən dövlətimizin qərarlarına hörmətlə yanaşmağı tələb edir. Bu məsələnin şəriət tərəfidir.

Bundan əlavə, dinimizə görə, bayram günü oruc tutmaq, müsəlmanların birlik və həmrəyliyini pozmaq, insanlar arasında fitnə-fəsad salmaq böyük günah sayılır. Bəs özünü mömin və müsəlman adlandıran bu insanlar möminlərə hardansa gələn təlimata görə bayram günü oruc tutdurduqlarına, müsəlmanların birlik və həmrəyliyini pozduqlarına görə Allah qatında necə cavab verəcəklər? Hesab çox ağır olacaq”.

C.Məmmədov bildirib ki, məsələnin ən ağrılı tərəflərindən biri aidiyyəti qurumların məsələ ilə bağlı sərt mövqeyinin olmaması və qərar qəbul etməməsi oldu:

“Onlar bu məsələyə yenə seyrçi qalaraq bir sıra hallarda, “Onsuz da hər il belə olur” deməklə kifayətləndilər. Azərbaycan dindarı isə həm Qafqaz Müsəlmanları İdarəsindən, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bu məsələ ilə bağlı daha sərt mövqe və qərarlar gözləyirdi.

Düşünürəm ki, bayramdan sonra dövlətin, Qafqaz Müsəlmanları İdarəsinin qərar və fitvasına zidd olaraq israrla bayramın 22-si olduğunu bildirən məscid imamları ilə bağlı çox sərt qərarlar qəbul edilməli, belə adamların məscidlərimizdə dini fəaliyyətlə məşğul olmasının qarşısı alınmalıdır”.

Axar.az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR