Son Xəbər: Pulsuz ictimai nəqliyyat xidməti bu tarixdə başa çatır, Paşinyan saqqalını qırxmasının səbəbini AÇIQLADI, Bakının bir sıra yollarında tıxac var - SİYAHI, COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO, Ermənistanda İran vətəndaşına məxsus yük maşını qəza uğrayıb, sürücü ölüb, “COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı, Lukaşenko nədən qorxduğunu açıqladı: Həyatım boyu..., Prezident bu nazirə ali xüsusi rütbə verdi, Qarabağa avtobus reyslərinə dekabr ayı üçün biletlər satışa çıxarılır, Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır,

Qərbi Azərbaycan İcmasında akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilən konfrans keçirilib

Qərbi Azərbaycan İcmasında akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilən konfrans keçirilib

Tarix: 25-04-2023, 18:51

Qərbi Azərbaycan İcmasında görkəmli oftalmoloq alim, ictimai xadim akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş “Zərifə Əliyeva: mənəvi ucalıqdan doğan işıq” mövzusunda konfrans keçirilib.

Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov konfransı açdıqdan sonra çıxış edən Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, deputat akademik Əhliman Əmiraslanov Zərifə xanım Əliyevanın həyatının böyük bir hissəsini Azərbaycanda geniş yayılan göz xəstəliklərinin müalicə və profilaktikasına həsr etdiyini, oftalmologiya elminin inkişafına dəyərli töhfələr verdiyini, yüksəkixtisaslı kadrların yetişdirilməsində böyük əməyinin olduğunu bildirib.

Diqqətə çatdırılıb ki, akademik Zərifə Əliyevanın tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş İttifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilib. Vurğulanıb ki, Zərifə xanım həmin mükafata layiq görülən ilk qadın alim idi.

İcmanın Qadınlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə çıxışında Zərifə Əliyevanı bütün ömrü boyu xalqı üçün çalışan həkim, alim olmaqla yanaşı, həm də bir qadın və ana kimi xarakterizə edib. Bildirib ki, Zərifə xanım nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazının parlaq təcəssümüdür. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın xarakterinin əsas cizgiləridir.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı görkəmli oftalmoloq alim Zərifə Əliyevanın bütün elmi fəaliyyəti boyu Azərbaycan oftalmologiyasına böyük töhfələr verdiyini, çoxillik fəaliyyəti dövründə ən mürəkkəb əməliyyatlar apardığını, çox sayda insana şəfa verdiyini vurğulayıb. Bildirilib ki, doğulub boya-başa çatdığı mühitin Zərifə xanımın həyatında böyük rolu olub. Zərifə xanım Əliyeva atasının – görkəmli dövlət və elm xadimi, pedaqoq-alim, professor, Azərbaycan səhiyyə sisteminin inkişafında misilsiz xidmətləri olan Əziz Əliyevin yolunu davam etdirib. Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimilik, doğma ocağa, xalqa və Vətənə məhəbbət Zərifə xanımın həyatında öz əksini tapıb.

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü, tibb elmləri doktoru professor Paşa Qəlbinur Zərifə Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərinin zəngin və çoxşaxəli olduğunu deyib. O, Zərifə Əliyevanın Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan novator alim olduğunu xüsusi qeyd edib. Paşa Qəlbinur bildirib ki, Azərbaycanda həmin dövrlərdə traxoma xəstəliyi geniş yayılıb və Zərifə xanım Əliyeva məhz belə bir vaxtda Moskvadan Vətənə qayıdaraq Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayıb. O, elmi axtarışlarının ilkin mərhələsini traxomanın müalicəsinə həsr edib. Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail olub, təklif etdiyi müalicə metodu tezliklə geniş tətbiq olunub və respublikada traxoma bir xəstəlik kimi ləğv edilib. Professor Paşa Qəlbinur Zərifə Əliyevanın əzmkarlığının bu gün bütün həkimlərə nümunə olduğunu xüsusi vurğulayıb.

Sonda akademik Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətlərindən bəhs edən videoçarx nümayiş olunub.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR