Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

“Gənclərin Anti-narkomaniya” ictimai birliyi icra etdiyi layihənin Cəlilabadda təqdimatını keçirdi

“Gənclərin Anti-narkomaniya” ictimai birliyi icra etdiyi layihənin Cəlilabadda təqdimatını keçirdi

Tarix: 13-04-2023, 23:27

 

“Gənclərin Anti-narkomaniya” ictimai birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı ilə icra etdiyi “Sərhədyanı rayonlarda gənclərin narkomaniya əleyhinə mübarizəsini stimullaşdırmaq məqsədi ilə maarifləndirmə kampaniyasının aparılması” layihəsi ilə bağlı Cəlilabad rayonu 9 saylı tam orta məktəbdə hazırladığı sosial videoçarxın təqdimatını və konfrans keçirib. Qeyd edək ki, layihənin əsas məqsədi narkotik maddələrin və psixotrop maddələrin gənclər arasında yayılması və istifadəsinin qarşısının alınması, narkomaniya əleyhinə genişmiqyaslı təbliğat işlərinin aparılması, narkomaniya əleyhinə təbliğat işləri aparmaqla mənfi təsirlərə məruz qalan gənclərin sayının azalmasına nail olunması, rayonlarda yaşayan gənclərin sosial aktivliyinin təmin edilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərə dəstək olmaq, mövzuya aid məzmunlu və təsirli sosial videoçarx hazırlayaraq ictimaiyyətə təqdim etmək idi.

Layihənin müddəti 4 ay olmaqla, 21 dekabr 2022-ci il – 21 aprel 2023-ci il tarixləri əhatə edir. Layihənin rəhbəri Büllur Məmmədovadır. Layihə çərçivəsində hazırlanmış “Biz həyatı seçirik” videoçarxı Cəlilabad rayonundan olan gənclər tərəfindən diqqətlə izlənib, böyük marağa səbəb olub. Təşkil olunan konfransda çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat idarəsi Təhqiqat şöbəsinin, Cəlilabad Rayon Polis Şöbəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Cəlilabad bölgəsi üzrə şöbəsinin və Cəlilabad rayonu  9 saylı tam orta məktəbin nümayəndələri ölkəmizdə narkomaniyanın yayılması ilə bağlı son statistik göstəriciləri, bu bəlanın yayılma səbəbləri, dövlət orqanlarının bu istiqamətdə həyata keçirdiyi mübarizə tədbirləri, həmçinin narkomaniya problem ilə əlaqədar problemlərin mənəvi aspektləri barədə danışıblar. Sonda tədbir gəncləri maraqlandıran suallara cavabların verilməsi ilə davam edib.

“Gənclərin Anti-narkomaniya” ictimai birliyi icra etdiyi layihənin Cəlilabadda təqdimatını keçirdi




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR