Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Audiovizual Şura bu telekanallara xəbərdarlıq etdi

Audiovizual Şura bu telekanallara xəbərdarlıq etdi

Tarix: 1-05-2023, 12:58

 
Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn formatda növbəti iclası keçirilib.

İclasda "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə fəaliyyətinə dair 2024-cü ilədək Tədbirlər Planı"na uyğun olaraq hər iki orqan tərəfindən reklam yayımları ilə bağlı həyata keçirilən monitorinqlərin nəticələri müzakirə olunub.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Audiovizual Şurasına ünvanlanmış müraciətlərə əsasən həyata keçirilmiş audiovizual proqramlarının monitorinqi nəticəsində bir sıra televiziya redaksiyalarının efirində "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 29.5-ci maddəsinin tələbinin (hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır) pozulması faktı qeydə alınıb. Belə ki, 25 aprel, 26 aprel və 27 aprel 2023-cü il tarixlərində "Xəzər TV", 28 mart, 04 aprel və 26 aprel 2023-cü il tarixlərində "ATV", 28 mart 2023-cü il tarixində "ARB", 10 mart 2023-cü il tarixində "Dünya TV" televiziya redaksiyalarının efirində süni mayalanma üzrə tibbi xidmətin reklamına yol verilməsi halları aşkarlanıb.

Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası "Xəzər TV" MMC-yə, "Azad Azərbaycan" Müstəqil Tele-radio Kompaniyasına, "ARB 24" MMC-yə, "Dünya" Müstəqil Televiziya və Radio Şirkəti Redaksiyasına bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR