Son Xəbər: İslam Oyunları: Azərbaycan millisi yarımfinalda məğlub olub, Tusk: Ukraynanın müharibəni uduzması üçün obyektiv səbəb yoxdur, Sabah 24 dərəcə isti olacaq - PROQNOZ, Yol polisi bayram günləri ilə əlaqədar sürücülərə müraciət edib, İmişlidə hamilə qadın xəstəxanada ölüb, Ermənistanın kapitulyasiya aktına imza atmasından 5 il ötür, Azərbaycanda Dövlət Bayrağı Günüdür, Bakıdakı paradda nümayiş etdirilən silah sistemləri, texnikalar və aviasiya vasitələri Azərbaycanın hərbi qüdrətinin əyani göstəricisidir, Türkiyə Prezidenti: Qarabağda Azərbaycanın nələri bacardığına şahid olduq, Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi,

Bu şəxslərə maaşlarından əlavə 600 manat ödəniləcək

Bu şəxslərə maaşlarından əlavə 600 manat ödəniləcək

Tarix: 1-05-2023, 15:25

Əmək Məcəlləsində edilən dəyişikliklərə uyğun olaraq yeni güzəştlərin tətbiqi mexanizmi hazırdır. Belə ki, yeni dəyişikliklərlə işğaldan azad olunan ərazilərmizdə - Qarabağ və Şərqi Zəngəzurda məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin, eləcə də güzəştlərin tətbiqini nəzərdə tutulur".

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan, ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis” anlayışı kateqoriyasına daxil ediləcək.

"Həmin vətəndaşlarmızın aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı 600 manat birdəfəlik müavinət ala biləcəklər. Onlar həmçinin, hər il 5 gün əlavə məzuniyyət götürmək hüququna malik olacaqlar. İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən, qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrinə aid olmayan işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqları 2026-cı ilədək tam olaraq dövlət tərəfindən subsidiyalaşdırılacaq. Yəni, dövlət bu ödənişləri öz üzərinə götürəcək. 2026-cı ildən başlayaraq 3 il ərzində isə subsidiya faizi 80.0, sonrakı 3 ildə 60.0 və uyğun olaraq daha sonra 40.0 faiz olacaq. Fərdi sahibkarlar, ailə-kəndli təsərrüfatları, torpaq, pay mülkiyyətçiləri tərəfindən ödənilən sosial sığorta haqlarının isə 10 il müddətində tam olaraq dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq. Yeni dəyişikliklərə əsasən, ödənilən sosial sığorta haqları dövlət büdcəsindən onlara geri qaytarılacaq, işçilərin isə fərdi hesablarında pensiya kapitalı toplanması, beləliklə, sosial sığorta stajları davam edəcək.

Deməli, işğaldan azad olunan ərazidə çalışan vətəndaşlarımız maaşlarına əlavənin hesablanması və birdəfəlik 600 manat müavinətin almaq hüquqlarına malikdirlər. Sosial sığorta haqlarının subsidiya edilməsi isə onların maaşlarının daha da artmasına imkan verəcək".





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR