Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

“Xaqocan” ləqəbli tiktoker həbs edildi - Rəsmi

“Xaqocan” ləqəbli tiktoker həbs edildi - Rəsmi

Tarix: 4-05-2023, 10:40

 "Tik-Tok" sosial şəbəkəsində "Xaqocan" ləqəbi ilə tanınan Xəqani Hüseynov həbs edilib.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Mediabiz.az-ın sorğusuna cavab olaraq bildirib ki, Xəqani Hüseynov barəsindəki şikayət əsasında Nərimanov RPİ-nin 18-ci Polis Bölməsi tərəfindən saxlanılıb: “Paytaxt sakini Azər Əmirov Xəqani Hüseynovun onu söyərək təhqir etməsi ilə bağlı polisə müraciət edib. Müraciət araşdırılıb və Xəqani Hüseynov saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xırda xuliqanlıq maddəsi əsasında protokol tərtib edilib.

Nərimanov Rayon Məhkəməsinin qərari ilə Xəqani Hüseynov barəsində 10 sutka inzibati həbs qərarı çıxarılıb”.

Qeyd edək ki, Xəqani Hüseynov sosial mediada müxtəlif şəxslərə maddi yardım göstərməsini əks etdirən videolar paylaşmağı ilə tanınıb.

“Xaqocan” ləqəbli tiktoker həbs edildi - Rəsmi






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR