Son Xəbər: Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT, Pulsuz ictimai nəqliyyat xidməti bu tarixdə başa çatır, Paşinyan saqqalını qırxmasının səbəbini AÇIQLADI,

“Sosial İnkişafa Yardım” ictimai birliyi “Qayğı” sənədli filminin çəkilməsi və bu sahədə maarifləndirilmə işinin təşkili” layihəsinin icrasına start verdi

“Sosial İnkişafa Yardım” ictimai birliyi “Qayğı” sənədli filminin çəkilməsi və bu sahədə maarifləndirilmə işinin təşkili” layihəsinin icrasına start verdi

Tarix: 1-03-2023, 11:08

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial İnkişafa Yardım” ictimai birliyi tərəfindən həyata keçirilən “Qayğı” sənədli filminin çəkilməsi və bu sahədə maarifləndirilmə işinin təşkili” adlı layihə 1 mart – 30 aprel 2023-cü il tarixləri əhatə edən 2 (iki) ay müddətində icra olunacaq.
Layihənin ideyası müharibə iştirakçısı olan şəxslərin sosial müdafiəsinin təmin olunmasının, sosial rifahının gücləndirilməsinin, onların məşğulluq problemlərinin həll edilməsinin, müharibə nəticəsində əlilliyi olan vətəndaşlarımızın cəmiyyətə inteqrasiyasına və məşğulluğuna dəstək verilməsinin Azərbaycan dövlətinin sosial siyasətinin prioriteti olduğunu, bu siyasətin ardıcıl və məqsədyönlü xarakter daşıdığını göstərmək, dövlətin müharibə iştirakçılarının sosial müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyətləri əhali arasında təbliğ etmək, insanlara bununla bağlı zəruri bilgiləri çatdırmaq, bu yolla xalq və dövlətin birliyinin daha da möhkəmlənməsinə töhfə verməkdir.
Bu layihəni həyata keçirməkdə əsas məqsəd ictimai rəydə, xüsusilə Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində və digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslərdə və onların ailə üzvlərində, eyni zamanda, Azərbaycan Ordusunda və digər qanuni hərbi birləşmələrdə xidmət etməyə hazırlaşan yaxud xidmət edən gənc nəslin nümayəndələrində Azərbaycan dövlətinin bütün imkanları ilə daim onları diqqət mərkəzində saxlaması, sosial rifahlarının yaxşılaşdırılması və gücləndirilməsinə xidmət edən tədbirləri hər zaman davam etdirəcəyini, Azərbaycan dövlətinin müharibə iştirakçılarının bütün sahələrdə, o cümlədən sosial müdafiə sahəsində qarantı olması barədə tezisi əsaslı faktlarla göstərmək, bir daha təsdiqləmək və bu siyasətin ardıcıl olacağını vurğulamaq, bu yolla xalq-dövlət birliyinin daha da möhkəmlənməsinə töhfə verməkdir.
Aidiyyəti qurumlarla əlaqələrin yaradılması, çəkiliş heyətinin formalaşması, “Qayğı” sənədli filminin çəkilməsi, müsahibələrin alınması. Bu fəaliyyəti yerinə yetirmək məqsədi ilə Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, Dövlət Sərhəd Xidməti və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi ilə əlaqələr yaradılaraq müsahibə verəcək respondentlərin siyahısı tərtib olunacaq və çəkilişlərin həyata keçiriləcəyi məkanlar müəyyən ediləcək. Bundan sonra çəkiliş qrupunun heyəti formalaşdırılacaq, onlara vəzifələri izah olunacaq, müsahibələr alınacaq və zəruri videomateriallar çəkiləcək.
Sənədli filmin ssenarisinin yazılması, redaktə edilməsi və məsləhətçi rəyinin alınması. Toplanmış materiallar və müsahibələr əsasında “Qayğı” sənədli filminin ssenarisi yazılır. “Qayğı” sənədli filminin ssenarisi redaktə üçün filmin redaktoru tərəfindən redaktə edilir, sənədli filmdəki bütün vacib məqamlar filmin məsləhətçisi tərəfindən dəqiqləşdirilir, zərurət yarandıqda, zənginləşdirilir.
Ssenari əsasında sənədli filmin montaj prosesinin həyata keçirilməsi. Azərbaycan dilində mətn oxunur, aparıcının səsi təmizlənir, montaj proqramında videocərgə yığılır, görüntülərin montajı həyata keçirilir.
Ekspert rəyinin alınması. “Qayğı” sənədli filminin müvafiq ekspert rəyinin alınması məqsədi ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  ekspert komissiyasına təqdim olunacaq və zəruri dəyişikliklər ediləndən sonra müsbət rəy alınacaq.
Bakı şəhərində ali təhsil müəssəsində KİV-lərin iştirakı ilə “Qayğı” sənədli filmi geniş ictimaiyyətə təqdim olunacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR