Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Ombudsman əsir götürülən hərbçilərimizin qanunsuz həbsinə etiraz edib

Ombudsman əsir götürülən hərbçilərimizin qanunsuz həbsinə etiraz edib

Tarix: 9-05-2023, 18:07

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinin qanunsuz olaraq azadlıqdan məhrum edilmələrinə etiraz edib.

Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Məlumatda bildirilir ki, 2023-cü il aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində Azərbaycan Ordusunun itkin düşmüş və Ermənistan tərəfindən əsir götürülmüş əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğluna qarşı Ermənistanda qurulmuş saxta “məhkəmə prosesi”ni və Aqşin Bəbirovun qanunsuz olaraq azadlıqdan məhrum edilməsini kəskin şəkildə pisləyirik.

İştirakçısı olduğu beynəlxalq sənədlərdə təsbit olunmuş normalara zidd olaraq azərbaycanlı hərbi qulluqçuları qəddarcasına işgəncələrə məruz qoyan Ermənistan indi də qondarma "məhkəmə prosesi" təşkil etməklə, beynəlxalq və prosessual normaları kobud şəkildə pozaraq onları qanunsuz olaraq azadlıqdan məhrum edib.

Daha əvvəl Ermənistanda hərbi qulluqçularımızın qanunsuz həbsi ilə əlaqədar tərəfimizdən beynəlxalq və regional təşkilatlara müraciət edilib. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun qeyri-insani rəftara və zorakılığa məruz qalması ilə bağlı Ermənistan mediasında yayımlanmış video və fotoların araşdırılması tələb olunmuş, bu məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin mərkəzi və Bakı ofisinə məktub ünvanlanıb.

Məlumatda vurğulanıb ki, Ermənistan tərəfindən keçirilmiş qondarma “məhkəmə prosesi”ndə verilmiş “qərarı” ədalətsiz hesab edir, azadlıq hüququnun kobud pozulmasına səbəb olan bu qərarın beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu bildirir, əsgərlərimizin tez bir zamanda azad olunmasını tələb edirik:

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, bütün beynəlxalq ictimaiyyəti əsirlikdə olan hərbçilərimizin tezliklə azad edilməsi üçün Ermənistana ciddi təsir və təzyiq göstərilməsinə, beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn tədbirlərin görülməsinə dəvət edirəm".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR