Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

"Şuşa 1992-ci ildə xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verilib" - İlham Əliyev

"Şuşa 1992-ci ildə xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verilib" - İlham Əliyev

Tarix: 10-05-2023, 10:33

Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verilmişdir. Şuşa alınmaz qaladır. Bunu hər kəs bilir. Məhz hakimiyyətə gəlmək üçün Şuşanı boşaltdılar. Şuşa işğal olunandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmiş və öz arzusuna çatmışdır.

Bunu Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib.

Qarabağ probleminin həllini tapmadığını, hakimiyyətdə olanların ancaq şəxsi mənafeyini düşündüklərini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya, xaos, torpaqlar əldən gedirdi, ovaxtkı AXC-Müsavat hakimiyyəti isə Ermənistana yanacaq satırdı. Görün, bu insanlar öz xalqına nə dərəcədə nifrətlə yaşamışlar ki, bu ağır günlərdə öz ciblərini doldurmaq üçün bu çirkin əməllərə də əl atmışlar. Hakimiyyətdə qalmaq üçün hətta vətəndaş müharibəsinə də rəvac verdilər”.

Belə bir şəraitdə Şuşanın işğal olunduğunu vurğulayan dövlətimizin başçısı ondan sonra faciələrimizin daha da artdığını bildirib: “Şuşa işğal olunandan sonra Laçının taleyi də demək olar ki, böyük təhlükə altında idi və on gün sonra Laçın da işğal olundu. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu və beləliklə, Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR