Son Xəbər: Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib,

Almaniyada məscidə hücum edən şəxs Quranı yandırmağa cəhd etdi

Almaniyada məscidə hücum edən şəxs Quranı yandırmağa cəhd etdi

Tarix: 11-05-2023, 10:00

Almaniyanın Saksoniya əyalətində yerləşən Drezden şəhərindəki Türk-İslam Dini İşlər Birliyinə (DİTİB) bağlı olan Fatih məscidinə hücum edilib.

Məscidə daxil olan şəxs Quranın yerləşdiyi kitabxanaya tez alışan maddə tökərək yandırıb.

Fatih Məscidi Dərnəyinin sədri Ramazan Yıldırım verdiyi açıqlamada, kimliyi müəyyən edilən təcavüzkarın benzin töküb Quranı yandırmağa çalışdığını, məsciddəki din məmurunun hadisəni görüb tez bir zamanda yanğını söndürdüyünü bildirib.

Təcavüzkarın ikinci dəfə məscidə basqın etməyə cəhd etdiyini bildirən Yıldırım polisə məlumat verildiyini vurğulayıb.

“Daha əvvəl təcavüzkarla bağlı polisə zəng edib, narahatlığımızı bildirmişik. O, Ramazan ayında məscidimizdə Quran yandırmaq istədiyini bəyan edib. O zaman həmin şəxsin sağlamlıq vəziyyətini soruşsaq da, heç bir məlumat ala bilmədik. Ən böyük təsəllimiz odur ki, hadisə zamanı heç kim xəsarət almayıb. İnsidentlə bağlı maddi ziyan da vurulub”, - deyə o bildirib.

Hücumun axşam saatlarında məscid camaatı dağıldıqdan dərhal sonra baş verdiyini ifadə edən Yıldırım müvafiq orqanları lazımi tədbirlər görməməkdə günahlandırıb.

Mənbə: Haber Global




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR