Son Xəbər: Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib,

Səhiyyə Nazirliyi koronavirusla bağlı əhaliyə ÇAĞIRIŞ ETDİ

Səhiyyə Nazirliyi koronavirusla bağlı əhaliyə ÇAĞIRIŞ ETDİ

Tarix: 21-03-2020, 14:17

Azərbaycan Səhiyyə Nazirinin müavini Rahim Əliyev vətəndaşlara çağırış edib.

Oxu.Az-ın məlumatına görə, o, bu barədə AzTV-nin "Hədəf” verilişində deyib.

Nazir müavininin sözlərinə görə, vətəndaşlar özünü qorumağa biganə yanaşmamalıdırlar. İnsan özünü mühafizə etməklə ətrafını, yaxınlarını qorumuş olacaq.
"Bildiyiniz kimi, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə martın 19-da saat 00:00-dan etibarən respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılıb. Bu qərarın vaxtında verilməsi özünü doğruldur. Çünki xəstəliyin yayılmasının qarşısını almaq üçün atılan əsas addımlardandır. 

Hazırda Səhiyyə Nazirliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) digər qurumlarla birlikdə Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına uyğun tədbirlər görür.

Bundan sonra da hansı qərarlar qəbul edilərsə, onlara uyğun addımlar atılacaq.

Əsas odur ki, xəstəliyin yayılmasının qarşısının alınması üçün əlimizdən gələni edək”, - deyə nazir müavini qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR