Son Xəbər: İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək, Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb, Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib, Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb, Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib, Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb, Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var,

Ülviyyə Alovlu axtarışa verildi

Ülviyyə Alovlu axtarışa verildi

Tarix: 16-05-2023, 17:25


Sosial media fəalı Ülviyyə Alovlu axtarışa verilib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə qərar Binəqədi Rayon Məhkəməsində çıxarılıb.

Hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən iclasda qeyd edilib ki, dəfələrlə çağırış göndərilməsinə baxmayaraq, Ülviyyə Muradova cavabdeh olduğu məhkəmə iclaslarına gəlməyib. Buna görə bir müddət öncə onun barəsində məhkəməyə məcburi gətirilmə qərarı çıxarılıb. Bununla belə onun məhkəməyə gətirilməsi mümkün olmayıb. Qeyd edilən situasiyanı nəzərə alaraq, məhkəmə Ü.Alovlunun barəsində axtarış qərarı çıxarıb. Qərarın icrası ilə bağlı bildiriş ərazi üzrə müvafiq polis orqanına göndərilib.

Qeyd edək ki, Ülviyyə Muradova xalq artisti Flora Kərimova tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq sosial media fəalı barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.

Xatırladaq ki, tərəflər arasında qalmaqala səbəb Ü.Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR